Texnologiya

“iPhone”nun qiyməti: KİV “Apple” işçilərinin yaşayış şəraitini göstərdi - FOTO

13-05-2016, 03:39
“iPhone”nun qiyməti: KİV “Apple” işçilərinin yaşayış şəraitini göstərdi - FOTO

Şanxayın yaşayış məntəqələrinin birində yataqxanada "Apple” məhsullarını istehsalı ilə məşğul olan Foxconn və Pegatron şirkətlərinin əməkdaşları yaşayır.

Xeberman.com xəbər verir ki, Daily Mail nəşri onların acınacaqlı yaşayış şəraitini əks etdirən fotolar dərc edib.

Şirkətin işçilərinin qeyri-insani şəraitdə yaşamaları barədə çoxsaylı şikayətlərdən sonra jurnalistlərə onların yaşayış yerlərindən reportaj hazırlamağa icazə veriblər.

Məlum olub ki, yataqxanada bir otaqda səkkiz nəfər yaşayır. Suyu və işığı olmayan otaqlarda natəmizlik və nəmişlik hiss olunur.

Daily Mail nəşrinin jurnalisti qeyd edib ki, yaşayış yerləri daha çox türməni xatırladır, baxmayaraq ki, yataqxanalar pulludur.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]