Dünya

İrəvan aeroportunda terror həyəcanı

24-03-2016, 23:59
Yerli vaxtla saat 20:35-də İrəvanın "Zvartnots” hava limanına enən Moskva-İrəvan reysinin təyyarəsində şübhəli heç nə aşkarlanmayıb”. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan FHN-nin xilas xidmətinin rəisi Muşeq Kazaryan bildirib. 

Onun sözlərinə görə, Moskvaya getməli olan sərnişinlər artıq öz yerlərini tutur və tezliklə təyyarə geriyə, Rusiya paytaxtına uçacaq.

Qeyd edək ki, təyyarədə bomba olması haqda həyəcan siqnalı bu gün günorta saatlarında FHN-ə çatmışdı. FHN Moskva (Domodedovo) –İrəvan reysindi bombadan şübhələnirdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]