Gündəm

Moskva İrəvana müasir silahlar verdi - Siyahı

14-11-2016, 23:58
Rusiya Ermənistana 6 ədəd "Smerç” reaktiv artilleriya sistemi və 6 ədəd TOS-1A ("Solnçepyok") ağır odpüskürmə sistemi verəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiya Rusiyanın Dünya Silah Ticarəti Analizi Mərkəzinin hesabatında yer alıb. Hesabata əsasən, Ermənistan bu "Smerç” sistemlərinə görə Rusiyaya 60 milyon dollar, "Solnçepyok”a görə isə 40 milyon dollar ödəməlidir. Bu il İrəvan Rusiyadan "Tiqr” tankları və İqla-S zenit-raket kompleksləri də alacaq.

Qeyd edək ki, bu silahların hamısı İrəvana Moskvanın bir neçə ay öncə ayırdığı 200 milyon dollar kredit sayəsində veriləcək. Tərəflər arasında razılaşmaya əsasən, kredit Ermənistan ordusunun müasir silahlarla təchizatına xərclənməlidir. İrəvan Moskvadan aldığı krediti 2018-ci ildən etibarən ödəməyə başlayacaq. Kredit 10 il ərzində ödənilməlidir. Bu silahların hər birinin adı bundan öncə Ermənistanın Rusiyadan hansı silahları alacağı ilə bağlı hazırladığı siyahıda yer almışdı.

Maraqlı məqam odur ki, Rusiya bu silahları Ermənistana tam güzəştli şərtlərlə satır. Belə ki, hazırda "Smerç” sistemlərinin eksport versiyası 12,5 milyon dollaradır. Əgər hesabata nəzər yetirsək, Moskvanın onu Ermənistana 10 milyon dollara verdiyini görə bilərik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]