Ölkə

Bu avtovağzalda da qiymətlər əl yandırır... - Möhtəkirlik

24-03-2016, 17:34
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Gəncə Avtovağzal Kompleksində Bakı istiqamətində hərəkət edən avtobuslar sərnişinləri olduqca baha qiymətə paytaxta daşıyır. Belə ki, iritutumlu nəqliyyat vasitələrinin sürücüləri vətəndaşlardan yol haqqı olaraq altı manat əvəzinə 7-9 azn pul tələb edirlər. Bu isə Novruz bayramı ilə əlaqədar bu şəhərə doğmaları ilə bayramlaşmaq, istirahət məqsədləri ilə gələnlərin haqlı narazılığına səbəb olub.

Sərnişinlər avtovağzal rəhbərliyinin süni qiymət artımlarından xəbərsiz olduğunu bilirdilər. Sürücülər isə avtobusların şəxsi olduğunu, rəhbərliyinin onlardan standart qiymət tələb etmək haqlarının olmadığını vurğuladılar.

Qeyd edək ki, bu istiqamətdə kiciktutumlu mikroavtobuslar isə sərnişinləri Bakıya catdirmaq üçün 12-15 manat tələb etdiklərini bildirdilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]