İqtisadiyyat

Azərbaycan neftini oğurlayanlar tutuldu

24-03-2016, 00:12

Yerin altıyla boru çəkiblər

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd göstərən iki nəfəri saxlayıb.

Report-un xəbərinə görə, saxlananların kimliyi ictimaiyyətə açıqlanmır.

Bir neçə gün əvvəl də, Bakı-Supsa neftkəmərinin Gürcüstan ərazisindən keçən hissəsində oğurluğa cəhd olduğu bildirilirdi. Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları neft kəmərində oyuq aşkar etmişdilər. Həmin ərazidən, generator, qaynaq aparatı, boru və digər avadanlıqlar götürülmüşdü.

Administratorla əlaqə

077 611-55-22

[email protected]