Gündəm

Tovuz istiqamətində ermənilərə məxsus daha bir PUA məhv edildi

22-01-2017, 15:34
Tovuz istiqamətində ermənilərə məxsus daha bir PUA məhv edildiErmənistana məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, bu gün gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]