Ölkə

Yeganə Mikayılovadan yeni "dövlət rüsümu" - Xanım həkim vətəndaşlarla bazarlıq edir

23-03-2016, 03:33
Yeganə Mikayılovadan yeni "dövlət rüsümu" - Xanım həkim vətəndaşlarla bazarlıq edirBildiyiniz kimi, Azərbaycanda artıq neçə ildir ki, pulsuz səhiyyə sisteminə keçilib. Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən dövlət hesabına maliyyələşən tibb müəssisələrində vətəndaşlara pulsuz xidmət göstərilməlidir. Əfsus ki, bəzi səhiyyə mərkəzlərində insanlara qarşı haqsızlıq edilir, onların pulsuz tibbi xidmət almasına süni əngəllər yaradılır. Həkimlər və tibb bacıları vətəndaşlara qarşı elə münasibət göstərirlər ki, onlar da məcburiyyət qarşısında ağ xalatlıların cibinə nəysə qoymalı olurlar.

Təbii ki, səhiyyə sektorunda belə qanunsuz işlərin baş verməsi əhali arasında narazılıqları artırır. Səhiyyə Nazirliyinin nümayəndələri, eləcə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bu cür hallara qarşı mübarizə aparsalar da, hələ də nöqsanlar qalır.

Ötən gün xəbər verdiyimiz kimi, Yeganə Mikayılovanın arayış biznesi davam edir. Verilən arayışların hansı həkimlər tərəfindən imzalanmasıda müammalıdır. İlk öncə qeyd edim ki, xanım həkim dövlət tərəfindən verilməli olan tibbi arayışların satışı ilə məşğul olur və bundan əldə etdiyi gəlirləri güzaranının yaxşılaşdırılmasına sərf edir. Bir neçə ildir ki, bu alış-verişlə məşğul olan Y.Mikayılovaya həlkə ki, dur deyən tapılmayıb. 

Sürücülük vəsiqəsi üçün arayış almaq istəyənlər heçdə əziyyət çəkmədən istədiklərinə nail ola bilirlər. Sadəcə əlləri cinlərində olsa yetər. 

"Dəhşətdir. Mən bu günlərdə arayış almaq üçün bu şəxsə mürciət etdim. O da mənə pul oxudu. Sürücülərin müayinəsi ilə bağlı komissiyanın sədri Mikayılovadır. Qaydaya əsasən vətəndaş komissiyadan keçməlidir. Komissiyanın rəyinə möhürü Yeganə Mikayılova vurur. Ancaq komissiya söhbəti ümumiyyətlə yoxdur. Bazardır. Təsəvvür edin, hər gün onlarla adam gəlir arayış üçün, onlara rüşvət qarşılığında sözügedən sənəd verilməsi təklif olunur”.

V.Ələkbərov

Administratorla əlaqə

077 611-55-22

[email protected]