Gündəm

Saytı rəhbəri YPX əməkdaşı barədə məkəməyə müraciət edəcək - 50000 manat təzminat

23-03-2016, 00:37
Saytı rəhbəri YPX əməkdaşı barədə məkəməyə müraciət edəcək - 50000 manat təzminat

Martın 21-dəYevlax rayon Heydər Əliyev prospektində zəncirvari qəzanı lentə alan "XİA.az” saytının reportyoru Ceyhun Qurbanov yol patrul xidməti inspektoru Hüseyin tərəfdən təziqlə üzləşib. Reportaj hazırlayarkən Yevlax RPŞ-nin yol patrul xidməti inspektoru Hüseyin ona təziq edərək çəklişə mane olmağa çalışıb. Əməkdaşımız olayla bağlı olaraq şəxsən Daxili İşlər Naziri Ramil Usubova mürciət edib.

XİA.az saytının rəhbəri V.Ələkbərov bildirib ki, Yevlax rayon DYPB-nin inspektoru Hüseyn barədə məkəməyə mürciət edəcəklər. "Siz bilirsiz ki, ölkədə media azaddır. Hər bir repartyorun istənilən hadisə ilə bağlı reportaj hazırlamağa icazəsi var və buna hamı şərait yaratmalıdır. Ancaq ötən gün Yevlax RPŞ-nin yol patrul xidməti inspektoru Hüseyinin əməkdaşımıza çəkliş aparmasına mane olması qanunla qadağandır. Biz Yevlax rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edəcəyik. Ümid edirəm ki, ədalətli qərar veriləcək. Bilirsiz ki, hazırda respublikada novruz bayramı ilə əlaqədar qeyri iş günüdür. Ayın 28-də əlimizdə olan faktlarla birgə iddia ərizəsini məkəməyə təqdim edəcəm". 

Kütləvi informasiya vasitələri haqqında
Azərbaycan Respublikasının Qanunu


Maddə 1. Kütləvi informasiya azadlığı 
Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.
Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.


Redaksiyadan: "Daxili işlər naziri Ramil Usubov cənablarına və Respublikanın Baş Prokuroru Zakir Qaralov cənablarına açıq sual: "Jurnalistə bu cür hədə-qorxu tonlu suallar ünvanlamaqla onun məlumat toplamasına mane olan və psixoloji təziq göstərən polis əməkdaşına qanun çərçıvəsində nə edərlər?""

Administratorla əlaqə

077 611-55-22

[email protected]