Gündəm

Yevlaxda YPX əməkdaşı müxbirimizə hucum edib - Çəkliş qadağandı

22-03-2016, 01:25
AZƏRBAYCAN RESPUBLİKASININ
CİNAYƏT MƏCƏLLƏSİ


Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma 
163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə
— yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Bu gün XİA.az saytının əməkdaşı Ceyhun Qurbanova polis əməkdaşı təziq göstərib. Belə ki, əməkdaşımız Yevlax rayon ərazisində baş verən avto qəzanı lentə alarkən Yevlax RPŞ-nin DYPB-nin Hüseyin adlı inspektoru əməkdaşımıza təziq göstərib və çəkliş aparmasına mane olub. Qeyd edim ki, qanunla Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma cinayyətdir. 

Elə bu səbəbdənda bu YPX-ti əməkdaşının qanunsuz hərəkətləri barədə DİN-nə rəsmi müraciyət etmişik. 

Mövzuya yenidən qayıdacağıq. 

XİA.az həmin çəklişdə YPX-ti əməkdaşının XİA.az-ın əməkdaşı arasında baş verənləri əks etdirən viudeonu sizə təqdim edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]