Ölkə

Azərbaycanda yol polisi sürücünü belə sürüdü - VİDEO

3-02-2016, 01:52
Azərbaycanda yol polisi sürücünü belə sürüdü - VİDEO

Azərbaycanda yol polisi ilə sürücü arasında daha bir xoşagəlməz hal yaşanıb.

Polislər sürücünü sürüyüblər. 

Qeyd edək ki, görüntülər bir həftə əvvələ aid olsa da harada çəkildiyi məlum deyil.

Əlavə edək ki, YPX inspektoru 6 halda sürücüyə nəqliyyat vasitəsinin salonundan çıxmağı təklif edə bilər. 

"Yol-patrul xidməti haqqında" Təlimatın 11.6-cı bəndində deyilir ki, YPX inspektoru aşağıdakı hallarda sürücüyə nəqliyyat vasitəsinin kabinəsindən (salonundan) çıxmağı təklif edə bilər: 

1) nəqliyyat vasitəsinin texniki nasazlığının və ya yükün daşınması qaydalarının pozulması hallarının aradan qaldırılması üçün; 

2) sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsasın olduğu halda;

3) nəqliyyat vasitəsinin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün;

4) nəqliyyat vasitəsi və yükə baxış keçirilməsi üçün; 

5) sürücü və ya sərnişinlərin cinayət törətməsində şübhəli bilindiyi halda; 

6) sürücülərin zəruri sənədlərin rəsmiləşdirilməsi və ya digər yol hərəkəti iştirakçılarına yardım göstərilməsində köməyinin tələb edildiyi digər hallarda. /bizimyol

Administratorla əlaqə

077 611-55-22

[email protected]