Ölkə

Mədəniyyət və Turizm Nazirliyi monopolistləri alqışlayır? VİDEO,FOTO

22-03-2016, 19:00
Mədəniyyət və Turizm Nazirliyi monopolistləri alqışlayır? VİDEO,FOTO

Martın 14-də qafqaznews.az saytında "ASAN Xidmət əmək hüquqlarının pozulmasına göz yumur?” başlıqlı yazı dərc olunmuşdur. Məqalədə bildirilirdi: "Bu günlərdəqafqaznews.az saytına daxil olan məlumata görə, ölkədə müxtəlif mədəniyyət tədbirlərinə bilet satışı ilə məşğul olan və ASAN Xidmət filiallarında nümayəndələri vasitəsilə satış həyata keçirən "UR Style”MMC əmək qanunvericiliyini pozur.

Belə ki, həmin şirkətin iBezy-myanny-j-copy-35şçiləri ilə əmək müqaviləsi bağlamadığı barədə məlumat əldə etmişik. Bu məlumatı dəqiqləşdirmək üçün, ASAN Xidmətin Nərimanov rayonunda yerləşən 1 saylı, Xətai rayonundakı 2 saylı, Yasamal rayonundakı 3 saylı, Sabunçu rayonlarındakı 4 saylı mərkəzlərinə baş çəkdik. Bu mərkəzlərin hamısında "UR Style” şirkətinin bilet satış məntəqələri var. Bizim müxbirlə söhbət zamanı, "UR Style” şirkətinin əməkdaşları etiraf etdilər ki, onlarda şirkət əməkdaşı olduqlarını təsdiq edən vəsiqə yoxdur.12834579_1690343634558840_1223476780_n

Digər şirkətlərin nümayənd47138ələrindən fərqli olaraq, ASAN Xidmətdəki "UR Style” şirkətinin əməkdaşları ad-soyad yazılan birkalar taxmırlar. "UR Style” şirkətinin meneceri Anar Rəhimov bu informasiyanı təkzib etdi. "Biz öz əməkdaşlarımızla müqavilə bağlamışıq” – deyə Anar Rəhimov qafqaznews.az-a bildirib. "Bəs niyə bu halda sizin əməkdaşlarınız onların sizin şirkətdə çalışdıqlarını sübut edən vəsiqə ilə təmin olunmayıblar?”, – deyə soruşduq. "Bizə yazılı şəkildə müraciət edin”, – deyə A.Rəhimov dəstəyi asdı. ASAN Xidmətin əməkdaş12047673_952968064769436_60693974_nları "UR Style” şirkətinin nümayəndələrində birka və vəsiqələrin olmamasını necə görə bilməyiblər? Bu suala cavab almaq üçün ASAN Xidmətə müraciət etdik. "Bu problem tezliklə həllini tapacaq” – deyə bizə cavab verdilər. Biz araşdırmanı davam etdik və sözügedən şirkət barədə Qafqaz Xəbər Agentliyinə yeni məlumatlar da daxil olmağa başladı.1011337_572029416168583_385630763_n

Martın 16-da  kavkaznews.az saytına "UR Style” MMC-nin Azərbaycandakı bütün teatr tamaşalarına bilet satışı üzrə monopolist şirkət olmasскачанные файлы (4)ı barədə məlumat daxil oldu. Biz bu məlumatı yoxlamaq qərarına gəldik. Azərbaycan Milli Dram Teatrının, Musiqili Komediya Teatrının, eləcə də Gənc Tamaşaçılar Teatrının kassalarından bizə bildirdilər ki, onların tamaşalarına bilet satışı ilə bağlı müstəsna hüquq "UR Style” şirkətinə məxsusdur. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə, əgər hansısa şirkət teatr tamaşalarının biletlərinin satışına təkbaşına nəzarət edirsə, bu o deməkdir ki, həmin25_686 şirkət monopolistdir. Kim və hansı əsasla "UR Style” şirkətinə Azərbaycan teatrlarının tamaşalarına bilet satışına "müstəsna hüquq” verib?
Cavab almaq üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. "Əgər "UR Style” teatr tamaşalarına bilet satırsa, bu gözəldir. Biletləri kimin satması bizi maraqlandırmır. Nazirlik üçün o vacibdir ki, tamaşaçı bu tamaşalara getsin”, – deyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi İntiqam Hümbətov kavkaznews.az-ın  əməkdaşına bi21375_srcldirdi. "Bəs biletlərin satışı üçün nazirlik tərəfindən tender keçirilibmi?” – deyə soruşduq. "Tender keçirmək nəyə lazımdır? Siz bu sualla teatrların özünə müraciət edin. Bu şirkət bilet satışı üçün teatrla müqavilə bağlayır”, – deyə İ.Hümbətov cavab verdi.

"Məni İntiqam Hümbətovun tender keçirilməsinə ehtiyac görmədiyinə dair cavabı təəccübləndirdi. Axı tenderin keçirilməsi teatrlara biletlərin qiymətlərini də xeyli aşağı sala bilərdi”, – deyə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı kavkaznews.az saytına nazirlik sözçüsünün açıqlamasını şərh edərkən bildirdi.

 Tamerlan Zeynallı

Kavkaznews.az





Administratorla əlaqə

077 611-55-22

[email protected]