Media

ANS-in efirində biabırçılıq -18+ VİDEO

14-10-2015, 21:47
Məlum olduğu kimi, MTRŞ ANS tv-nin bəzi verlişlərində milli-mənəvi dəyərlərə zidd nüansların olduğunu bildirir, ANS isə bunu inkar edir.

Bununla bağlı MTRŞ şöbə müdiri Təvəkkül Dadaşov sosial şəbəkədə maraqlı qeydlər edib. O yazıb ki, "Paylaşdığıma görə, burdakı dostlardan mən üzr istəyirəm, amma efirdə yayımladığına görə ANS heç kimdən üzr istəməmişdi və üstəlik də kanalın təbirincə, burda milli-mənəvi dəyərlərə zidd heç nə yoxdu:

– 24.02.2014-cü il tarixdə saat 20.00 və 21.00 arası yayımlanan «Ağabəyovlar» teleserialında erotik səhnə nümayiş etdirilmiş və həmin səhnə zamanı ədəbsiz ifadələr işlədilmişdir: «…o ki qaldı İldırımın doğrama aparatına, o, çoxdan paslanıb. Yəqin gecələr hiss edirsən…sənə duduşuna kəpənəklər yığışan kişi lazım deyil. Mənim kimi cavan oğlan lazımdı». (saat 20.28-də)

Bu hal «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın 2.7 və 2.8-ci maddələrinə ziddir.

HerGun.Az


Administratorla əlaqə

077 611-55-22

[email protected]