Ölkə

Cavid Əsgərov Cəlilabadın baş bəlasına çevrilib? - ŞOK İDDİA

21-03-2016, 23:16

Ötən sayımızda Olimpiya İdman Kompleksinin rəhbəri Cavid Əsgərovla bağlı şok məlumat dərc etmişdik. Qeyd etmişdik ki, rayonun Sabirabad kənd sakinləri xəbər portalına audio şikayət göndəriblər.

Onların bildirdiyinə görə Cavid Əsgərov Kompleksdə işləyən cavan xadimələrdən birini zorlayıb. Bu işi ciddi-cəhdlə gizlətməyə çalışsa da qadının əri xəbər tutub. Həyat yoldaşını döyərək atası evinə yola salıb. Məsələ şişib, hazırda hüquq-mühafizə orqanlarında araşdırma gedir.

Bu gün isə aldığımız son məlumata görə zorlanan qadın həyat yoldaşından rəsmi olaraq ayrılıb.

Yəni bir məmurun əxlaqsız hərəkəti bütöv bir ailənin dağılmasına gətirib çıxarıb. Məsələyə hələki hüquqi qiymət verilməyib. Araşdırma gedir. Mənəvi tərəfinə gəlincə rayonda vəzifə sahibi olan şəxsin belə bir hərəkəti vətəndaşlar tərəfindən birmənalı olaraq hiddətlə qarşılanır.

Məmurlar güman edirdilər ki, hakimiyyət məmuru yalnız bir halda cəzalandıra bilər - məmur hakimiyyəti satanda, xəyanət edəndə, özününkülərə qarşı çıxanda. Hakimiyyət kabinetlərindən kənarda olan insanlara və cəmiyyətə qarşı çıxmaq isə məmurun təbii və mübahisəsiz hüququ sayılırdı. Bizim məmurların "birinci nikah gecəsi” fəlsəfəsi belə idi.

Prezident İlham Əliyev öz çıxışlarında məmurların xalqa qarşı törədilən istənilən cinayətə görə cəzanın labüd olduğunu dəfələrlə göstərib. Ölkə iqtisadiyyatını ilhaq edib ələ keçirdiyi üçün Fərhad Əliyev cəzalandırıldı. Əli İnsanov ölkə səhiyyəsini talan etdiyi üçün, Füzuli Ələkbərov isə təqaüdçülərin üstünə getdiyi üçün cəzalandı…

Bu siyahını xeyli uzatmaq da olar. Sonuncu nümunə Eldar Mahmudovdur. Bu məmurların mağara təfəkkürü, əliəyriliyi və azğınlığı adamı dəhşətə gətirirdi

Daha bir vacib məqam: bu məmurlarda cəzasız qalacaqlarına dərin inam hissi vardı. Amma yanıldılar.

Bu böyük fiqurları Cavid Əsgərovla müqayisə etməkdən uzağıq. O olsa olsa əyalətdə ortabab fiqurdu. Hələlik cəzasız qalıb. Ancaq o da yanılır. Bu dövlətdə cinayət işlətmiş hər bir şəxs layiqli cavabın alır sonucda.

P.S. Cəilabaddan xəbər portalımıza daxil olmuş məlumatlarda Cavid Əsgərovun birbaşa göstərişi ilə adamlarının ehtiyacı olan bəzi qız gəlinləri tovlayaraq müəyyən məbləğlərlə şirnikdirərək Cəlilabada gəlmə məmurların müvəqqəti məskunlaşdıqları Olimpiya kompleksinə dəvət etmələri barədə məlumatlar daxil olub. Onu da bildirmək istəyirik ki, Cavid Əsgərovun bu hərəkəti ləyaqətli, qeyrətli cəlilabadlıları hidləndirərək adamdan rayonu tərk etməsini tələb etdikləri iddia olunur. Bu və digər qandonduran faktlar üzərində jurnalist araşdırma qrupumuz dəqiqləşdirmələr aparır və tezliklə dərc edəcəyik./ ideologiya.az/

Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfidə dinləməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]