İdman

Avropa Liqasının bütün 1/4 finalçıları məlum olub

18-03-2016, 03:54
Cümə axşamı keçirilən oyunların nəticələrinə görə, futbol üzrə Avropa Liqasının bütün 1/4 finalçılarının adı məlum olub.

"Report" xəbər verir ki, turnirin yarımfinalına "Vilyarreal", "Atletik", "Sevilya" (hər üçü İspaniya), "Liverpul" (İngiltərə), "Sparta" (Praqa, Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Braqa" (Portuqaliya), "Şaxtyor" (Ukrayna) vəsiqə qazanıb.

Bu mərhələ üzrə püşkatma mərasimi cümə günü Nyon şəhərində keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]