İdman

Avropa Liqasında ilk yarımfinal oyunları keçirilib

29-04-2016, 04:30
Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

"Report" xəbər verir ki, görüşlər Ukrayna və İspaniyada baş tutub.

İspaniyanın "Vilyarreal" klubu doğma meydanda İngiltərənin "Liverpul" kollektivini qəbul edib və oyun ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Lvovda isə məhsuldar heç-heçə qeydə alınıb. "Şaxtyor" Avropa Liqasının son 2 mövsüm qalibi olan "Sevilya" ilə ev matçında əzmkarlıq nümayiş etdirib. Mirça Luçeskunun yetirmələri hesabı bərabərləşdirərək sonradan irəli çıxsa da, qələbəni son dəqiqələrdə əldən verib.

Avropa Liqası, yarımfinal mərhələsi, ilk oyunlar
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Sevilya" (İspaniya) - 2:2
Qollar: Marlos, 23, Taras Stepanenko, 38 - Viktor Vitolo, 6, Kevin Qameyro, 81-pen
Baş hakim: Şimon Marçunyak (Polşa)
Lvov. "Lvov Arena"

"Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0
Qol: Adrian, 90+2

Baş hakim: Damir Skomina (Sloveniya)
Vilyarreal. El Madriqal Stadionu
Qeyd edək ki, cavab görüşləri mayın 5-də keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]