Siyasət

PUTİN HEYDƏROVUN BAŞ NAZİRLİK YOLUNU BELƏ AÇIR – “AGENT” QALMAQALININ PƏRDƏARXASI

11-03-2016, 11:01
SSRİ dövründə DTK-nin kəşfiyyatçısı olmuş Yuri Şvetsin "Qordon” agentliyinə müsahibəsi Azərbaycanda baş nazirlik uğrunda sərt mübarizənin davam etdiyini bir daha ortaya qoydu. 

Belə ki, neftin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatındakı geriləmələr hökümətdə ciddi dəyişiklikləri şərtləndirdiyindən baş nazirlik postu uğrunda hakimiyyətdaxili qruplaşmalar arası münasibətləri daha da gərginləşdirib. Bu tərəflərin nəzarətində olan media da öz əksini tapmaqdadır.
Bu baxımdan Azərbaycanın gündəminə "bomba” kimi düşən Yuri Şvetsin səsləndirdiyi iddialar təsadüf sayılmır.

Sabiq DTK zabiti İlham İsmayılın Şvetsin səsləndirdiyi fikirlərə belə reaksiya verib: "Hazırda Azərbaycanda baş nazirin kim olması ilə bağlı müzakirə və mübarizə gedir. Namizədlərdən biri kimi də maliyyə naziri Samir Şərifovun adı çəkilir. Güman ki, Şərifovun güclü rəqibləri bu məsələdə fəallıq göstəriblər. Bir məqamı unutmayın ki, Amerika və Türkiyə mətbuat vasitəsilə heç vaxt belə addım atmaz. Ortalıqda Rusiyaya sərf edən adamın gəlməsi faktı var. Mümkündür ki, indiki vəziyyətdə Şərifova qarşı konturmaterial kimi bu addım atılıb”.

AXC hakimiyyəti dövründə MTN-nin birinci müavini vəzifəsində çalışmış Sülhəddin Əkbər qeyd edib ki, Şvets açıq şəkildə Rusiya-NATO geopolitik qarşıdurması olduğunu bildirir: "Bunun Azərbaycanla bağlı məqamlarını mən tez-tez səsləndirirəm. Hakimiyyət daxilində "beşinci kolon”un çox güclü mövqelərə malik olması ilə bağlı fikirlərimi nəzərdə tuturam. Güman ki, yeni baş nazir məsələsi gündəmdədir, geopoltik tərəflərin maraqları toqquşduğundan bir-birinə açıq zərbələr vururlar. Müsahibəni diqqətlə oxuyun, Şərifovun baş nazirlik postuna gətirilməsi iki dəfə qeyd edilib”.

Göründüyü kimi Samir Şərifovla bağlı Yuri Şfetsin səsləndirdiyi fikirlərə hakimiyyətdaxili qruplaşmalar arasında baş nazirlik uğrunda mübarizə fonunda qiymət verilir. Azərbaycan iqtisadiyyatının böhranlı dövründə Artur Rasi-zadənin vəzifəsi ilə ilə vidalaşacağı gözlənildiyindən məlum müsahibə ekspertlər tərəfindən haqlı olaraq təsadüf sayılmır.

İlham İsmayılın dediyi kimi, baş nazir vəzifəsinə Rusiyaya sərf edən adamın gəlməsi faktı olduğundan Samir Şərifov barəsində səsləndirilən iddialar konturmaterial kimi də qiymətləndirilə bilər. Çünki maliyyə naziri Samir Şərifovun adı mətbuatda qərbpərəst məmur kimi çəkilib. Baş nazirlik uğrunda mübarizədə Samir Şərifovun əsas rəqibi kimi rusiyayönümlü fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. Hansı ki, müstəqil media Kəmaləddin Heydərovun Azərbaycan hakimiyyətində Kremlin əsas adamlardan biri olmasını zaman – zaman gündəmə gətirib. Hətta qardaş Türkiyənin məşhur serialı olan "Kurtlar Vadisi Pusu”da da Kəmaləddin Heydərovun Rusiyanın adamı olmasına açıq işarə vurulub. Serialın 213-cü bölümündə Azərbaycanda "İxtiyarlar”ın nümayəndəsinin qətlinin sifarişçisinin qara kürü biznesi ilə məşğul olan Kəmaləddin adlı adam olduğu bildirilirdi.
PUTİN HEYDƏROVUN BAŞ NAZİRLİK YOLUNU BELƏ AÇIR –
Serialda məhz Kəmaləddinin adının hallanması və Rusiyanın adamının qara kürü biznesi ilə məşğul olmasının səslənməsi heç də təsadüfə oxşamırdı. Belə ki, zamanında media fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Türkiyədə Ərdoğan hakimiyyətinə əsas rəqib olan partiyalardan birinə maliyyə dəstəyi verdiyini bildirmişdi. Bu baxımdan məşhur serialın Ərdoğanın mövqeyindən çıxış etməsi başa düşülən idi…
Mötəbər mənbələrdən əldə edilən məlumata görə, Kəmaləddin Heydərovun Rusiya hakimiyyətinin önəmli simalarından olan müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə çox yaxın "işguzar” münasibətləri var. Və Kreml Ərdoğan hakimiyyətinə təsir etmək üçün Kəmaləddin Heydərov üzərindən Türkiyə müxalifətinə dəstək verir.

Məlumatlandıran mənbə iddia edir ki, son illər Rusiya hakimiyyətində əsas söz sahiblərindən birinə çevrilən Sergey Şoyqu Kəmaləddin Heydərovun Azərbaycanda baş nazir olması üçün bir-neçə dəfə cəhd göstərsə də hələlik buna nail ola bilməyib…

Görünür, Kəmaləddin Heydərovun Azərbaycanda baş nazir olmasını istəyən qüvvələr onun əsas rəqibi, yəni Samir Şərifovu bu yolla sıradan çıxarmaq istəyir.
Qeyd edək ki, general Sergey Şoyqu Vladimir Putinin ən çox güvəndiyi fiqurlardan biri sayılır. \AzToday.az\

Administratorla əlaqə

077 611-55-22

[email protected]