İqtisadiyyat

Rusiya 58 ton məhsulu Azərbaycan sərhədindən buraxmadı

9-03-2016, 23:16

Rusiyanın Rosselxodnadzor Xidmətinin Dağıstan üzrə idarəsi Azərbaycandan bu ölkəyə gətirilən 58 ton meyvə-tərəvəz və qozu geri qaytarıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Azərbaycandan daxil olan 18,4 ton alma məhsulunun üzərində Türkiyə istehsalı olduğu göstərilən markanın olması, habelə 17,6 ton tomat və 21 ton fındığın üzərində müvafiq markanın olamaması səbəbindən həmin məhsullar sərhəddən buraxılmayıb.

Bundan əvvəl, Rosselxodnadzor Xidməti Azərbaycandan Rusiyaya ixrac edilən tomat məhsullarının kəskin artmasından narahatlığını ifadə etmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]