İqtisadiyyat

Azərbaycanda ən çox dollar aparan məhsullar

17-11-2016, 01:34

Yeyinti məhsulları Azərbaycandan 1 milard 71 milyon dollar dollar apardı

2016-cı ilin ilk 10 ayı ərzində Azərbaycana 1  milyard 71  milyon 977.90  min dollarlıq yeyinti məhsulları idxal olunub.

Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur.

BUĞDA ŞƏKƏR VƏ MEYVƏ- TƏRƏVƏZ ƏN ÇOX VALYUTA APARIR

Azərbaycana 32 milyon 108 min dollarlıq ət,  6 milyon 240 min dollarlıq süd, 40 milyon 578 dollarlıq kərə yağı, 105 milyon 47 min dollarlıq meyvə-tərəvəz, 35 milyon 59 min dollarlıq çay, 234 milyon 351 min dollarlıq buğda, 113 milyon 606 min dollarlıq bitki yağları, 142 milyon 649 min dollarlıq şəkər idxal olunub.

Azərbaycandan dolları ən çox aparan məhsullar aşağıdakılardır:

Administratorla əlaqə

077 611-55-22

[email protected]