İqtisadiyyat

Ekspertdən açıqlama: "Kazinoları yenidən açmaq olar, əgər"..

8-03-2016, 19:49
 
 
Azər Bayramov: "Kazinolardan ölkə çöx böyük gəlir əldə edə bilər. Lakin, tək bir kazio ilə turizm inkişaf etməz"   
 
Son günlər ölkə gündəmində qızğın müzakirə predmetinə çevrilən ən aktual mövzulardan biri də kazionaların yenidən bərpası məsələsidir.
 
Hətta iş o yerə çatıb ki, Milli Məclisdə də kazinoların bərpası təklifi səslənib. Belə bir təkliflə deputat Qüdrət Həsənquliyev çıxış edib: "Necə ki, Gürcüstanda Batumidə kazinoların fəaliyyətinə imkan verməklə bura xeyli sayda xarici turist cəlb edir. Biz də turizm bölgələrində kazinoların fəaliyyətinə icazə verməklə qonşu ölkələrdən ölkəyə xeyli sayda turist cəlb edə bilərik”.
 

Turizm eksperti Azər Bayramovun saytımıza açıqlamasında kazinoların açılmasına heç bir neqativ hal görmədiyini bildirib. "Onsuz da hal-hazırda ölkədə seks xidməti göstərən obyektlər və ya qumarxanalar açıq aydın fəaliyyət göstərirlər. Hamı çox yaxşı bilir ki, hansı obyektlər masaj salonu adı altında fahişəxana, hansı kafelər isə qumarxana kimi fəaliyyət göstərir. Sadəcə bu kimi obyektlərdən müxtəlif məmurlar və ya qurumlar aylıq "tas" alırlar. Ona görə də, qeyri-səmimi olub, özümüzü kütlənin qınağından yayındırmaq üçün yalan yerə milli dəyərlər, mentalitet kimi punktlarından istifadə edərək mövzu barəsində bəhanələr gətirməyə ehtiyac yoxdur. Bəli, o doğrudur ki, bir tək kazinoların leqallaşması, seks turizminin qanuni hala salınmasıyla Azərbaycan turizmindəki problemlər həll olunası deyil. Bununla paralel olaraq, xidmət sahəsində qiymətlərin ucuzlaşdırılması, keyfiyyətin artırılması, azad rəqabət mühitinin formalaşdırılması, viza sistemində sadəliyin artırılması da vacibdir. Belə olduğu halda, ölkəyə gələcək turistlərin də, kazinoya gedəcək insanların da sayı çoxalar"
 
Məsələnin iqtisadi tərəfiylə bağlı sualımıza cavab verən A.Bayramov bildirib ki, kazino sözsüz ki, çox gəlirli bir sahədir. "1998-ci ildə qonşu Türkiyədə də kazinoların bağlanması qərarı veriləndə, həmin obyektlər Şimali Kiprə köçürüldü. Bu gün isə statistikaya baxsaq görərik ki, Şimali Kiprin illik ixracatı 80 milyon dollardırsa, sadəcə kazinolardan əldə etdiyi vergi gəlirinin dəyəri isə 75 milyon dollara bərabərdir. Başqa bir misal da çəkim. Dünyada kazino sahəsində 100 milyard dollar civarında bir dövriyyə var. Bunun da 15%-lik payı Las Vegasa düşür. Hər il buna görə Vegasa 40 milyon turist gəlir. Bunun kimi misallar həddən artıq çoxdur. Sadəcə turizmin inkişafı tək kazinolara bağlı deyil, ümumi bu sistemdə köklü islahatlara ehtiyac var"

Administratorla əlaqə

077 611-55-22

[email protected]