Əsas Səhifə / Siyasət

Mirsamir Məmmədov: "Ölkəmizdəki bütün sabitlik‚ təhlükəsiz həyat tərzi və hökm sürən əmin-amanlıq cənab Prezidentin apardığı qətiyyətli‚ prinsipial və praqmatik siyasətinin təzahürüdür"

6-03-2016, 01:34
Mirsamir Məmmədov: "Ölkəmizdəki bütün sabitlik‚ təhlükəsiz həyat tərzi və hökm sürən əmin-amanlıq cənab Prezidentin apardığı qətiyyətli‚ prinsipial və praqmatik siyasətinin təzahürüdür"
Bunu‚ ölkə başçısının həyata keçirtdiyi islahatlar prosesindən və bir neçə rayonun icra başçılarının işindən azad edilməsinə dair imzaladığı sərəncamlardan danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. Politoloq bildirib ki‚
Cənab Prezidentin başlatmış olduğu islahatlar prosesi çox uğurlu nəticələrlə davam etməkdədir. İslahatlar prosesi Dövlət Başçısının qətiyyətli mövqeyini‚ zəngin dünya görüşünü və uzaqgörən siyasətini əks etdirdi. Ölkə Rəhbərliyi tərəfindən atılan bütün addımlar xalqın maraqlarının qorunmasına və maddi durumunun yaxşı olmasına hesablanıb. Bu gün ölkəmizdə elə bir şəxs tapmaq olmaz ki‚ cənab Prezidentin atdığı addımlardan sevinməmiş olsun.
Ölkəmizdəki sağlam yaşam mühiti‚ təhlükəsiz həyat şəraiti birmənalı olaraq Dövlətimizin Başçısı möhtərəm cənab İlham Əliyevin apardığı və qarşıya qoyduğu məqsədyönlü‚ qabaqcıl siyasətinin nəticəsidir. Ölkə Başçısı əzmlə xalqın mənafeyi uğruna çalışmaqdadır və cənab Prezidentin qarşıya qoyduğu tək vəzifə xalqın qayğısına qalınması‚ ölkənin şəhər və rayonlarında insanların həyatlarında yarana biləcək hər bir problemin və hər hansısa bir çətinliyin dərhal həll olunmasından ibarətdir. Dövlətimizin Başçısının bu istiqamətdə həyata keçirtdiyi tədbirlər planı‚ insanların həyat və yaşayışlarının‚ güzəranlarının yaxşılaşması yönündə atdığı addımlar və mütamadi olaraq bütün hökumət və dövlət məmurlarına dövlət siyasəti çərçivəsində hərəkət etməyi‚ xalqın və ölkə vətəndaşlarının xidmətində olmağı tapşırması Dövlətimizin Başçısının müdrik və parlaq siyasətinin göstəricisidir. Hər kəs‚ həm Azərbaycan xalqı‚ həm hökumət və dövlət məmurları birmənalı olaraq bilməlidir ki‚ Dövlətimizin başçısı möhtərəm cənab Ali Baş Komandanın həyata keçirtdiyi siyasət ölkəmizdə hər sahədə şəffaflığın qorunmasına‚ kimliyindən və statusundan asılı olmayaraq hər kəsin ölkə qanunlarına və Konstitusiyaya hörmətlə yanaşmasına və xalqın maraqlarına‚ ölkə əhalisinin sağlam yaşam tərzinin qorunmasına və eləcədə bilavasitə insanların maddi durumlarının daim yaxşılaşmasına yönəlib və bu istiqamətində həyata keçirilən əməli işlərdə dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət etməkdir. Möhtərəm cənab Prezident var qüvvəsilə Dövlətçiliyimizin qorunmasına və güclənməsinə‚ o cümlədən xalqımızın və dövlətimizin təhlükəsizliyinin təmin edilməsinə‚ eləcə də insanların sağlam yaşam mühitinin və rifah halının daim yaxşılaşmasına çalışır. Bu gün ölkəmizdəki bütün sabitlik‚ təhlükəsiz həyat tərzi və hökm sürən əmin-amanlıq sırf cənab Prezidentin apardığı qətiyyətli‚ prinsipial və praqmatik siyasətinin təzahürüdür. Gömrük sistemində islahatlar prosesinin davam etdirilməsi‚ qeyri-neft sektorunun dirçəlməsi üçün bu sahəyə olan diqqət və qayğı‚ sahibkarlara güzəştlər‚ vergi sistemində və o cümlədən bütün sahələrdə sadələşdirilmələr aparılması ölkə əhalisinin durumlarının yaxşılaşması üçündür. Son bir neçə gündə bir neçə rayonun icra başçılarının vəzifələrindən azad edilməsi və onların haqqında rəsmi mövqelərin səsləndirilməsi bir daha hər bir məmura və bütün icra hakimiyyətləri başçılarına sərt xəbərdarlıq idi. Hər kəs‚ cənab Prezidentin siyasətini və dövlətimizin maraqlarını qüsursuz icra etməklə dövlətə‚ xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməlidir. Bu‚ Dövlətimizin Başçısının hər bir məmurdan konkret tələbidir. Son ayların statistikası açıq aydın gpstərir ki‚ dövlətçiliyə və xalqa deyil də‚ öz şəxsi maraqlarının əsiri olaraq şəxsi mənfəətlər kontekstindən hərəkət edən və öz maraqlarını Dövlət maraqlarından üstün tutan‚ vəzifə səlahiyyətlərini aşan‚ vəzifə səlahiyyətlərindən öz mənfəətləri üçün süi-istifadə edən hər bir məmur Dövlətimizin Başçısı tərəfindən ən sərt şəkildə cəzalandırıldılar. Təbii ki‚ bundan sonra da cəza tədbirləri eyni situasiyada davam edəcək. Vəzifəsini doğru icra edə bilməyən‚ vəzifə səlahiyyətlərindən süi-istifadə edən‚ öz maraqlarını Dövlət maraqlarından və dövlətçilik ideologiyasından‚ o cümlədən habelə Dövlət Başçısının tapşırıq və tövsiyyələrindən üstün tutan hər kəs bundan sonra da ən ağır şəkildə cəzalanacaq. Dövlət Başçısı hər zaman xalqın maraqlarını qorumağa çalışır və ölkə rəhbərinin siyasətinin əsasını xalqa xidmət‚ xalqın rifah halının yaxşılaşması‚ ölkəmizin və xalqımızın parlaq gələcəyinin təmin olunması‚ övladlarımızın sağlam və təhlükəsiz mühitdə yetişdirilməsi‚ Dövlətçiliyimizin qorunması kimi ən önəmli və son dərəcə əhəmiyyətli məsələlər təşkil etməkdədir. Cənab Ali Baş Komandanın qabaqcıl və müdrik siyasətinin tələblərini icra etmək‚ Dövlətimizin maraqlarını qorumaq və Dövlət Başçısının bir nömrəli tələbi olaraq xalqın yanında olmaq‚ insanlarla ünsiyyətdə səmimi və xoşrəftar olmaq Dövlətimizin ən ali
siyasətidir və hər kəs bu tələblərə uyğun hərəkət etməlidir. Ümumiyyətlə hər kəs Dövlət Başçısının zəngin dövlətçilik və idarəçilik təcrübəsindən və o cümlədən ölkə rəhbərinin xalqa olan xidmətlərindən‚ xalqın maraqları və mənafeyi uğruna çalışmasından nəticə çıxarmalıdır deyə poliqoloq vurğulayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]