Əsas Səhifə / Yazarlar

"Erməni əsgərinin Azərbaycana keçməsi ölkəmizin artan qüdrətindən xəbər verir!"

24-03-2015, 20:31

Mirsamir Məmmədov: "Erməni əsgərinin Azərbaycana keçməsi ölkəmizin artan

Erməni hərbçisinin könüllü olaraq silahını atıb Azərbaycan tərəfinə keçməsi və ermənistanın iyrənc siyasətini, məkrli planlarını ifşa etməsi, Azərbaycanın artan qüdrətindən xəbər verir!

Mirsamir Məmmədov: "Erməni əsgərinin Azərbaycana keçməsi ölkəmizin artan
Bu barədə geniş açıqlama ilə, siyasi şərhçi Mirsamir Məmmədov, mətbuatda çıxış edib:

Hər an ölkəmizdə gedən siyasi və iqtisadi yüksəliş Azərbaycanı bölgənin super dövləti və real güc halına çevirmişdir. Ölkəmizin tərəfinə keçən erməni hərbçisinin etirafları insanı dəhşətə gətirir! ermənistan bu qədər iyrənc siyasət yeritməkdədir. Eləcə də erməni hərbçisinin öz silahını ataraq Azərbaycanın tərəfinə keçməsi, ermənistan dövlətinə çox böyük içdən zərbədir ki, bu hal, işğalçı və terrorçu ermənistanın real üzünü açıb ortaya qoyur və daxili cinayətlərindən xəbər verir. ermənistanın əksinə olaraq Azərbaycanın günü gündən qüdrətlənməsi erməni xalqında böyük qorxu və vahimə yaradıb. Açıq görsənir ki, erməni xalqı böyük qorxu içindədir! Dövlətimizin Başçısı möhtərəm Ali Baş Komandanın həyata keçirtdiyi uğurlu siyasət öz bəhrəsini verməkdədir! Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən, mudrik və uğurlu siyasəti, artıq Azərbaycanı zirvələrə qaldırmaqdadır! Ölkəmizin qazandığı hər bir uğur, hər bir zəfər, hər bir nailiyyət və eləcə də erməni əsgərinin öz ölkəsini ataraq Azərbaycanın tərəfinə keçməsi, ölkəsinin iyrənc və utancverici daxili və xarici siyasətini ifşa etməsi, Azərbaycanın sürətlə artan və zirvəyə ucalan qüdrətinin uca memarı möhtərəm cənab İlham Əliyevin parlaq və müdrik siyasətinin böyük göstəricisidir! Azərbaycanın yüksələn xəttlə artan qüdrəti artıq erməni əhalisində Şokk yaratmaqdadır və eləcə də ən əsası erməni ordusunda çox böyük qorxu hissləri yaratmışdır! Bu, birbaşa Ölkə rəhbərinin mislsiz siyasətinn nəticəsi və uğurudur! Artıq işğalçı və terrorçu ermənistan, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməli, Azərbaycanın artan qüdrətiylə hesablaşmalıdır! İstər ermənistan, istərsə də onun bütün havadarları Rusiya və İran, eləcə də bütün Dünya, bu regionda Azərbaycanın artan qüdrəti ilə hesablaşmalıdır, Azərbaycanın bütün maraqları qeyd-şərtsiz təmin edilməlidir! Bu regionun tək lider dövləti var ki, o da Azərbaycandır!
Erməni əsgəri, "Mən ölmək istəmirəm!" dedi. Bu ermənistan üçün ölümdən ağırdır. Bir ölkə öz vətəndaşını və əsgərini hansı duruma salıb ki, öz ölkəsinə xəyanət edir! ermənistan xalqı elə bir acınacaqlı durumdadır ki, tam dilənçi vəziyyətindədir. Əgər qonşuluqda İran "İslam" Respublikası olmasa, Katolik ermənistan bir gün belə, dayana bilməz! Bunu ermənistan özü də etiraf edir. Nə acı ki, bu belədir! Amma bütün bu olanların əks fonunda Azərbaycan qüdrətli bir ölkəyə çevrilməkdədir. Nə Qərbə, nə də Rusiyaya boyun əymir. ermənistan Putinin ittifaqına qoşuldu, amma Azərbaycan yox. eyni zamanda Qərblə də eyni münasibətlər balanslaşdırılmaqdadır. Bu durumda nə Qərb, nə də vəhşi Rusiya, Azərbaycana heçbir təzyiq edə bilmir və belə demək mümkünsə, bu təzyiq rıçaqlarından məhrumdur! Çünki, əvvəla Azərbaycanın bölgədə güclənməsi və bu Regionun bölgəsəl Gücü halına çatması və daxildə ölkə Rəhbərliyinin olduqca uzaqgörən, müdrik və parlaq siyasətnin uğurlu göstəricisidir ki, bu Regionda Dünyanın super dövlətləri, Azərbaycanın mövqeyi və maraqları ilə barışmağa və bilavasitə hesablaşmağa məcburdur! Mövcud durumlar Böyük Gücləri buna məcbur edir. Azərbaycan olduqca müstəqil və uğurlu siyasət yeridir, hər yerdə, bütün Dünyada, onun rəhbərinin sözü, rəyi və mövqeyi önəm daşıyır və əsas götürülür xüsusən Qafqaza dair mövzularda. Xatırlasanız, bir qədər əvvəl Almaniyanın Münhen şəhərində, Beynəlxalq Təhlükəsizlik Konfransında, Ukrayna böhranı müzakirə olunarkən, möhtərəm cənab İlham Əliyev Qarabağ problemini gündəmə gətirdi və Böyük Dövlətlərin diqqətinə çatdırdıki: "Ukrayna kimi böhranlar, məhs Qarabağ kimi mövzulardan qaynaqlandı. Əgər Qarabağ məsələsi vaxtında həll olunsaydı, bəlkə də bu gün Ukrayna böhranı yaşanmazdı!" Dedi cənab İlham Əliyev. Bütün Dünyanın baş sındıraraq problemin həlli yollarını axtardığı bir zamanda möhtərəm cənab Prezident, birbaşa problemin yaranma səbəblərini, qaynaqlandığı məqamları çox geniş şəkildə bütün Dünyaya açıqladı və Böyük Dövlətlərin siyasi səhvlərini, yanlış mövqelərini bütün koordinatlarıyla izah etdi. Böyük


Dövlətlər isə, Prezident İlham Əliyevin bu möhtəşəm çıxışına cavab verməyə aciz qaldılar! Azərbaycan Dövlətinin artan qüdrəti budur və bütün Dünyada öz sözünü deyir, heçbir sərhəd tanımır, tam müstəqil siyasət yeridir! Amma ermənistan dövlətində isə bu yoxdur, ermənistan prezidenti de-fakto sayılmır, heçbir önəmli konfransa demək olarki çağrılmır, çağrıldığında da fikri öyrənilmir. Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev isə, bütün Dünyada öz sözünü layiqincə deyir və öz uğurlu siyasətiylə də bütün Dünyada fikirləri qəbul olunur, sayqı göstərilir. Eyni zamanda Azərbaycan Dövləti son 10 ildən bəri parlaq yüksəliş dövrünü yaşayır, bu isə, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu böyük siyasətin uğurlu davamıdır ki, bu gün öz bəhrəsini verir və verməkdədir. ermənistan isə borc bataqlığında qırtlağa qədər batıb, artıq boğulmaqdadır. erməni xalqı acından ölür, tam səfalət içindədir, bu durumda ermənistanın heçbir gələcəyi yoxdur və ümumiyyətlə ermənistan müstəqil dövlət deyil, sadəcə Putinin oyuncağıdır. erməni xalqı da bunu çox gözəl görür və anlayır. Təbii ki, erməni xalqı səfalətdən və aclıqdan qurtulmaq istəyir, odurki, artıq iş o həddə çatıb ki, erməni ordusunun əsgəri öz xidməti silahını yerə qoyub, xidmət etdiyi ölkəsinə xəyanət edərək, ağ bayraq qaldırıb Azərbaycan tərəfinə keçib. Təbii ki, bir çox qaranlıq məqamlar da ola bilər bu işin arxasında və Azərbaycan Dövləti bu məsələdə son dərəcə həssadır və dərhal bütün Beynəlxaq Təşkilatları xəbərdar edib, lazım olan bütün addımlar atılıb, bütün Beynəlxalq hüquq normalarına və qanunlarına uyğun şəkildə davranılıb, məsələyə aydınlıq gətirməyə çalışılır! Tək bir gerçək və reallıq var ki, artıq Beynəlxal Aləmlə bərabər, erməni xalqı da Azərbaycanın yüksələn qüdrətini qəbul edib və böyük qorxu içindədir eləcə də erməni ordusu böyük təşviş içindədir. ermənistan ordusu belə kəskin səfalət içindədir! Azərbaycan ordusunun arsenalındakı hərbi texniki qüvvə ermənistanı, erməni xalqını və ordusunu vahiməyə salmaya bilməz! Hər kəsə məlumdur ki, Azərbaycan ordusu, bəzən Avropa dövlətlərinin, Türkiyənin, araşdırsanız Çinin və hətta bəzi sahələrdə Rusiyanın belə satın aldığı yüksək və ən son texnologiyaya malik İsrail silahları ilə təchiz olunub. Eyni zamanda da Avropa və Rusiya ilə də ən son texnologiyalarla təmin olunmuş silahlar almaqdadır, təbii ki, erməni xalqı və erməni ordusu bütün bunları görür və Dünya mətbuatından izləyir. Eləcə də Cəbhə xəttinə yığılan silahları görürlər, odurki, böyük qorxu içindədirlər. Məhs onun üçün, erməni əsgərinin bütün halları gözdən keçirdikdən sonra erəmistanı tərk edib Azərbaycanın tərəfinə keçməsi, tam təbii haldır, bu, Azərbaycanın möhtəşəm qüdrətindən xəbər verir və ölkə Başçısının olduqca müdrik və uğurlu siyasətinin bəhrəsidir! Deyə Mirsamir Məmmədov bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]