Əsas Səhifə / Siyasət

Mirsamir Məmmədov: "Radikal müxalifət, ölkədəki təhlükəsiz mühiti pozmaqla nəyə nail olmaq istəyir????!"

14-03-2015, 20:13

Xarici Xüsusi Xidmət Orqanları, Azərbaycan müxalifətinə nəyin qarşılığnda yardım vəd edir???!....................
Azərbaycan müxalifəti son dönəmlər aktivləşərək, ölkədəki siyasi sabitliyi və təhlükəsizliyi pozmağa çalışır. Belə ki, İnqilab çağırışları etməyə başlayan müxalifət, eyni zamanda, Qərbin və ABŞ-ın gəlib burda Hakimiyyət dəyişikliyi edəcəyini iddia edərək insanları Dövlət əleyhinə səsləyir. Aktual bir sual yaranır; "Nəyin qarşılığında???! Azərbaycan müxalifəti Xarici qüvvələrə nə vəd edir ki, onlar da ölkədə siyasi dəyişiklik söz versinlər???? Ölkənin hər bucağını satmaq qarşılığındamı???? Azərbaycanda sırf ermənipərəst mövqe yaratmaq qarşılığındamı??? və ya Azərbaycanla terrorist ermənistan arasında bu qədər faciələri unudaraq "dostluq", münasibətləri yaratmaq qarşılığındamı??? Hər halda səbəb, arqument və maraqlar çox sayda ola bilər. Amma Çox maraqlıdır ki, Hansı inqilabdan söhbət gedir????? Azərbaycan müxalifəti, xalqı qırğına, məhşər ayağına sürükləmək, dar ağacına çəkmək istəyir. O gözlənilən inqilablar xalqın, günahsız insanların başında çatlayar! Suriyanı, İraqı, Misiri, Liviya və eləcədə Ukraynanı görmürlərmiki, inqilab davası çəkirlər???? Azərbaycanda yüzlərlə bir-birine əks və düşmən qüvvələr var, əgər bu deyilən inqilab məsələsi reallaşarsa, elə qonşumuz İran dərhal qalxacaq, Vəhhabilər də Şimaldan qalxacaq, siyasi məsələlər qalacaq bir tərəfdə, ölkə dini fetvaların qurbani olacaq. Azərbaycan tamamiylə hərb, Duel meydanına çevrilər, İran mollalarının çoxdan gözünü dikdiyi Azərbaycan ərazilərində özlərinin Şiə dövlətini yarada bilmək üçün, cihad çağırışları, "İslam inqilabı" fətvaları ilə bərabər, Vəhhabi terrorçularının da İslam dövləti, Xilafət qurmaq xülyaları məhs Azərbaycanda birbaşa toqquşacaq. Ölkə qan gölün çevrilər! Suriya və İraqın günündən daha ağır bir məhşər günü yaranar! Sadəcə cüzi tərpəniş kifayətdir ki,dini ekstremist qüvvələr hərəkətə gəlsin! Azərbaycan müxalifəti bunumu istəyir????! Günahsız qanların axmasına səbəb olmaqmı????? Radikal müxalifət kimə və nəyə xidmət edir???? Azərbaycan müxalifəti zənn edirki, Hakimiyyət dəyişikliyi olarsa, onlar hakimiyyətə gələcək! Gedin normal bir işlə məşğul olun, siz kim, Hakimiyyətə gəlmək kim? Gəlmişdiniz də, idarə edə bilmədiniz! Ölkəni qırğina verdiniz, darmadağın etdiniz! Heyder Əliyev gəldi, Azərbaycanı qurub yaratdı, AXC hakimiyyətinin bütün bacarıqsızlığının, səriştəsizliyinin vurduğu ziyanlıqları, var qüvvəsiylə çalışaraq təmizlədi. 1992-ci 1993-cü ildə Ölkə hərb meydanına çevrilmişdi, hər qanı xarab əlinə almışdı bir ov tüfəngini, bəy olmuşdu, yol kəsirdi, xərac alırdı, "Burda mən, Bağdatda kor xəlifə deyirdi. Millətin anasını ağlar qoymuşdular. Kimin kimləsə düşmənçiliyi və ədavəti vardısa, gedib öldürürdü, qanını da batırırdı! Hökumət yoxuydu cəzalandıra, hərkəs özündən bir ağaydı, bəyiydi, xan və padişhıydı! Hərə bir "zakon", bir qayda qoymuşduki, mən "Vor"am! Hərə bir tərəfdən Avtoritet, hər çöldən keçən isə siyasət adamı, Bəyzadə olmuşdu. Azərbaycanı çapıb taladılar. O zaman hakimiyyət başında olan, indiki müxalifətçilər baxdılar ki, Ölkəni dağıdıb məhv ediblər, tez qaçdılar Heydər Əliyevin yanına ki, "Amandır gəl xilas elə ölkəni!" Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, Azərbaycan deyə bir ölkə olmayacaqdı! Budur AXC hökumətinin, hakimiyyətdə olduğu zaman ərzində yaratdığı fəsadlar. Hər gəda Bəy olmuşdu. Dünənə qədər zibil yiğan fəhlə bəy adını alaraq, siyasət kürsüsünə çıxıb söz sahibi olmuşdu. Nəyiymiş? Bir az çox boşboğazlıq edib, bağırıb şüar səsləndirib. Bununla da hansısa gəda siyasətə gələrək Bəy adını qazanmışdı! Bu qədər utancverici, gülməli, və ağlamalı, satirik və ironik bir durum! Gədalar özünə Şahənşah deyirdi. Məhs bunun nəticəsində də, Xalq məhv olmuşdu. ALLAH rəhmət eləsin Heydər Əliyevə ki, gəldi, ölkeni topladı bir yerə, dağılmaqdan, məhv olmaqdan xilas etdi! Bununla da gədalar öz tarixi yerinə qayıtdı! Səriştəsi olan insanlar vəzifə başına gətirildi və ölkənin siyasi durumu düzəldi. Beləliklə, Azərbaycan xilas oldu!
İndi də eyni Ssenarini təkrarlamaq istəyirlər. 1992-ci ilin durumundan da ağır bir vəziyyət yaşanar. O zaman dini zəmində qırğınlar, müharibələr, o dərəcədə terorlar yoxuydu, indi bunun yüz qatı var! Ölkə doludu ekstremist terorist qüvvələrlə. Azacıq tərpəniş, hamısını hərəkətə gətirər, qarşısını almaq mümkün olmaz. Ən ağrılı yer odurki, hamısı bir-birine zidd qüvvələrdir. Daxillərindəki emosiya hamısını qovurur, burda baş kəsə bilmədikləri üçün, İraqa, Suriyaya gedirlər baş kəsməyə! Əgər zərrə qədər imkanları olsa, hakimiyyət boşluğu yaranarsa, bir-birine düşmən əqidəli dini qruplar baş qaldıracaq. Hamısi bir-birinə silah tuşlayacaq. Bu da ölkə üçün Məhşər ayağına çəkilmək deməkdir. Çox şükürki, bu gün Ölkənin təhlükəsizliyi əla qorunur. Müxalifət isə, bu təhlükəsizliyi pozmağa çalışır. Xalqı qırğına verməkdən əl çəkin! Xalq müxalifəti istəmir! Xalq, tam təhlükəsiz yaşamaq istəyir, onu da Heydər Əliyev qurub yaradıb, prezident İlham Əliyev də eyni yolu uğurla davam etdirir! Xalq da bundan razıdır! İndi siz xalqa zor tətbiq edəcəksinizki, yox gəlin hakimiyyətə qarşı çıxın?????????!!!!! Dünyanın hər yeri dağılır, hətta ABŞ belə, qarışır, Qərb, Rusiyanın özü belə başının hayındadır, Azərbaycan müxalifəti isə, onlardan yardım gözləyür. Qərbin özünün radikal İslamçılarla başı dərddədi. Hələ Qərbin öz problemlərini həll etsin. Amerikaya gəldikdə isə, onun da qaradərililərlə başı problemdən açılmır. Öz vətəndaşına hörmət qoymayan bir ölkə sizə yardıma gələcəkmi???? Deyəkki, gəldi, Nə qarşılığında müxalifətə yardım edəcək???? bizim xalqımıza canı yanacaqmı?????? Bir ölkənin polisi öz vətəndaşını güllələyirsə, onun bizə hansı müsbət yardımı ola bilərki???? Azərbaycan müxalifəti bu dəyərleri gətirrməkmi istəyir????? Xalq bu dəyərləri istəmir. Xalqın adından kimsə danışmasın! Bütün Orta Şərq, ərəb ölkələri, hətta qardaş Türkiyə belə problem içindədir. Dünya dağılır, çox şükür ki, Azərbaycanda tam təhlükəsiz bir mühit içində yaşayırıq, radikal müxalifət isə, bu gözəl və təhlükəsiz mühiti pozub, Azərbaycan xalqını bəlalara sürükləmək, müsibətlərə düçar etmək istəyir! Xalq kimin nə olduğunu yaxş bilir və seçimini də edib! Azərbaycan müxalifətinə səslənirəm ki, özünüzü yormayin! İlham Əliyev, bütün Azərbaycan xalqının yekdilliklə səs verdiyi, bütün Dünyanın qeyd-şərtsiz qəbul etdiyi və tanıdığı Legitim Prezidentdir! Eyni zamanda, Prezident İlham Əliyev, hakimiyyət başına gəldiyi gündən, hər bir Azərbaycanlının sevimlisinə, Ümid Çırağına çevrilib! Azərbaycan xalqının İlham Əliyevə sonsuz sevgisi və rəğbəti vardır! Bunu hər bir Azərbaycanlının dilindən eşitmək olar! Azərbaycan regionda super Dövlətdir və real gücə çevrilməkdədir! Qərbi də, Amerikası da, Avropası da, yeri gəldiyində vəhşi Rusiyası da, bu regionda Azərbaycanla hesablaşmaqdadır, Azərbaycanın maraqları nəzərə alınır, rəyi və mövqeyi əsas götürülür. Böyük Dövlətlər artıq burda Azərbaycanla birlik olmağa və Azərbaycanın mövqeyi ilə barışmağa məcburdur! Mövcud siyasi və Geostrateji situasiyalar böyük Dövlətləri buna məcbur edir! Bu isə, Heydər Əliyevin əsasını qoymuş olduğu qeyri-adi uğurlu siyasətin bəhrəsi və prezident İlham Əliyevin də məhs, Heydər Əliyevin yolunu uğurla davam etməsinin nəticəsidir! Artıq Azərbaycan bölgənin lider ölkəsi və super gücüdür! Bunu hər kəs qəbul etməyə məcburdur!.....

Mirsamir Məmmədov

Administratorla əlaqə

077 611-55-22

[email protected]