Dünya

Rusiya Suriya müxaliflərini hərbi bazaya topladı

5-03-2016, 18:26
Rusiyanın dəstəklədiyi Suriya müxalifətinin nümayəndələri Latakiyadakı hərbi bazada toplantı keçirib.
 
Xeberman.com xəbər verir ki, Rusiyanın Atəşkəsi İzləmə Mərkəzində keçirilən yığıncaqda "Demokratik Suriya Üçün” və Milli Konfrans Partiyasının nümayəndələri iştirak edib.
 
Toplantıda ölkənin yeni konstitusiyasının hazırlıqları, Cenevrə danışıqları müzakirə olunub.
 
Görüşün detalları barədə ətraflı məlumat verilməyib.
 
Xatırladaq ki, ABŞ və Rusiya arasında razılıq əldə olunduqdan sonra fevralın 27-də Suriyada atəşkəs elan edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]