Dünya

Avropa liderləri Putinə çağırış edəcəklər

4-03-2016, 19:18
Avropanın aparıcı ölkələrinin liderləri bu gün Rusiya prezidenti Vladimir Putinlə tele-konfrans keçirəcək və onu Suriyadakı mülki vətəndaşlara hücumları dayandırmağa çağıracaqlar.

Xeberman.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, tele-konfransda İngiltərənin baş naziri Devid Kameron, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın iştirak edəcəyi gözlənilir.

Liderlər Vladimir Putini Əsədə dəstək verməməyə də çağıracaqlar.

Onlar ümumiyyətlə, Rusiyanın sülhün bərqərar olması istiqamətində görülən işlərə mane olmamasını tələb edəcəklər.

Martın 9-da isə İveçrənin Cenevrə şəhərində Syriya sülh danışıqlarının yenidən başlayacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]