Əsas Səhifə / Yazarlar

«Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə.

11-01-2015, 17:15
«Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə.FRANSA VƏ TERROR İSLAMDAN DEYİL Uca Allah Qurani–Kərimdə buyurmuşdur:
«Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz Din sevgini, mərhəməti, sülhü əmr edir. Terrorizm isə dinin əksinədir, yəni mərhəmətsizdir, qan tökmək, öldürmək, acı çəkdirmək, faciələr yaratmaq istəyir. Buna görə də bir terror aktının səbəbini tapmaq istəyərkən onun qaynağını dində və dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Belə amansız və vəhşi hadisələrin mənbəyini faşist, kommunist, irqçi, materialist düşüncəli insanlarda axtarmaq lazımdır. Terrorçuların hansı adı daşıması, şəxsiyyət vəsiqələrində nə yazılması önəmli deyil. Bir adam günahsız insanları gözünü də qırpmadan öldürürsə, deməli, o adam, əlbəttə ki, dindar deyil və mütləq dinsizdir. Beləsi Allah`dan qorxmayan, məqsədi yalnız qan tökmək və əzab vermək olan bir canidir. Bu səbəblə də “İslam terroru”, “yəhudi terroru”, “xristian terroru” kimi ifadələr son dərəcə xətalı və kökündən yanlış anlayışlardır. Çünki İslam dinində də, digər iki ilahi dində də terrora, vəhşiliyə, qəddarlığa və amansızlığa heç bir şəkildə yer yoxdur. Əksinə, terror adlandırdığımız əməllər (yəni günahsız insanlara qarşı işlənən cinayətlər) İslama görə böyük günahdır. İslama görə, müsəlmanlar terrorizm kimi vəhşi və qeyri-insani əməllərin qarşısını almaq, yer üzünə sülh, rahatlıq və ədalət gətirmək istəyirlər. Amma bəzi insanlar islam duşmənləri buna əngəl olurlar. Fransada boyuk terror akti torədildi. Redaksiya terrora məruz qaldi.Jurnal“Charlie Hebdo mehv edildi tesisçiləri olduruldu . Fransa ayaga qalxdi. Sabah Fransa günortadan sonra bütün şəhərlərdə, xüsusilə Parisdəki Respublika Meydanında keçiriləcək həmrəylik mitinqinə hazırlaşır. Həmin nümayişdə Avropa Birliyi ölkələrinin və digər tərəfdaş dövlətlərin dövlət və hökumt başçılarının, həmçinin Fransada akkreditə olunmuş diplomatic korpus nümayndələrinin də iştirak edəcəyi bildirilir. Mitinqdə Almaniya kansleri Angela Merkel, Böyük Britaniya baş naziri Devid Kemeron, İtaliya baş naziri Matteo Renzi, Türkiyə baş naziri Əhməd Davudoğlu, Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirak edəcəyi artıq təsdiqlənib. Məsələyə 2 ci tərfdən baxaq. Əlbətdə məmn terrora lənət deyirəm ar olsun onu edənə.Axi niyə bu jurnalda bizim peyğambərin şəkli laga qoyulur Oummətin rəhbəridir peyğambəridir. O jurnalin ozunu qanun qarşisinda məhkəməyə vermək lazimdir. Məhəmməd peygambər terrolist deyil o insanlarin şəfa qapisidir.İslamin terrorla heç bir elaqesi yoxdur.


İslamşünas
Anar Kərimov

Administratorla əlaqə

077 611-55-22

[email protected]