Əsas Səhifə / Ölkə

Heydər Əliyevin dostu, çoban Xanışdan sonra Lerik yolu bu vəziyyətə düşdü (FOTO)

29-02-2016, 07:03

Lənkəran-Lerik yolunun yararsız vəziyyətə düşməsinin səbəbləri ilə bağlı məlumat vermişdik.  Bildimişdik ki, Lerik rayonuna gedən əsas yolun sıradan çıxmasının əsas səbəbi 8 il öncə Lənkərandan "Relax” istirahət mərkəzinə çəkilən çəkilən qaz xəttidir. Belə ki, SOCAR prezidenti Rövnəq Abdullayev və Lerikdən millət vəkili seçilən İqbal Məmmədova məxsus "Relax”ı təbii qazla təhciz edən qaz kəmərinin şossenin alt hissəsi ilə çəkilməsi yolda sürüşməyə gətirib çıxarıb.

Bu günlərdə Aqil Kərimov adlı "Facebook” istifadəçisi tərəfindən Lənkəran – Lerik yolunun bərbad vəziyyətə düşməsini özündə əks etdirən karikatura yayılıb. Həmin karikaturada Lənkəran – Lerik yolundakı vəziyyət faktiki olaraq öz əksini tapıb. Həmin fotonu sizə təqdim edirik.

Bu şəkli paylaşan Lerik və Lənkəran sakinləri real vəziyyətin daha acınacaqlı olduğunu bildiriblər.  Şərhlərdə yazılanlarda inansaq, Lənkəran – Lerik yolu o qədər yararsız vəziyyətə düşüb ki, Sedan tipli avtomobillər belə şossedə hərəkət edə bilmirlər.

leriiiiLerik sakinləri isə alternativ olmadığından bu yoldan istifadə edirlər. Ölkənin ən kasıb rayonlardan biri olan Lerik sakinləri yazır ki, avtomobilləri hər dəfə bu yolu gedib-gələndə təmirə aparırlar.

Lerik İcra Hakimiyyəti və  25 saylı Lerik Yol İstismar İdarəsi yolun bərpa olunması üçün faktiki heç bir iş görmür. 25 saylı Lerik Yol İstismar İdarəsi yalnız yolda baş vürən sürüşmənin nəticələrini aradan qaldırmaqla işini bitmiş sayır…

 

lerikTəəssüf ki, Lənkəran – Lerik Yolunun üstündə tikilən istirahət mərkəzləri sahibləri, xüsusi ilə "Relax”ın sahibi Rövnəq Abdullayev  də hələlik şossenin normal vəziyyətə salınmasında maraqlı deyillər. Lerik sakinləri bunun səbəbini qış aylarında "Relax”a gələn muştərilərin azlığı ilə izah edirlər. Onların sözlərinə inansaq tikilməsinə ən azı 500 nilyon dollar sərf olunan "Relax”ın muştərilərinin rahat gedib-gəlməsi üçün Lənkəran – Lerik yolunda hər il aprel ayında "kosmetik”  işlər görülür.  Payız aylarında isə görülən "kosmetik” işlər yağışların yağması ilə yoxa çıxır və şosse bərbad vəziyyətə düşür.

Qeyd edək ki, Lənkəran – Lerik yolu 10 il əvvələ kimi ölkənin ən yaxşı vəziyyətdə olan şosselərindən biri olub. Ötən əsrin 50-60-ci illərində sadə leriklilərin əl əməyindən istifadə edilərək salınan yol unikallığı ilə məşhur idi. Sıx ağacların arasından uzanan Lənkəran – Lerik yolunda 8 il əvvələ kimi bir dəfə olsun sürüşmə baş verməyibmiş. Ta ki, "Relax”a qaz xətti çəkilənə qədər. Qaz kəmərinin şəkilməsi zamanı yolun aşağı hissəsinin qazılması yolda sürüşməyə şərait yaratdı. Hər il sözügedən yolda sürümənin nəticələrinin aradan qaldırmaq üşün müvafiq qurumlar milyonlarla manat vəsait "silir”. Halbuki ayrılan bir illik vəsaitlə Lənkəran – Lerik yolunda sürüşmənin qarşısını almaq üçün yetərli işlər görmək olardı. Ancaq bəlli səbəblərdən bu işlər həyata keçirilmir.

Qeyd edək ki, mərhum prezident Heydər Əliyevin dostu, çoban Xanış rəhmətə getməmişdən əvvəl Lənkəran – Lerik yoluna icra başçıları çox həssas yanaşırdı.  Çünki hər il Qurban bayramında dövlət başçını Lerikə dəvət edən Xanış kişinin sayəsində Lerikin icra başçıları şosseni təmir etməyə bir növ məcbur olurdu. Xanış kişinin vəfatından sonra rayonun yol təsərrüfatı, konkret Lənkəran – Lerik yolu bərbad vəziyyətə düşmüş oldu…

P.S. AzToday.az portalnın baş redaktoru olaraq Lerikin icra başçısı Rövşən Bağırovun nəzərinə çatdırmaq istəyirəm ki, bir media orqanı kimi onun mövqeyini də dərc etməyə hazırıq. Bununla belə Lerikin təhsilini, səhiyyəsini və başqa sahələrinin iflic vəziyyətdə olmasının səbəblərini və məmur özbaşınalıqları ilə üzləşmiş rayon sakinlərinin şikayətlərini Kütləvi İnformasiya Vasitəsi olaraq işıqlandırmaqda davam edəcəyik. Bu bizim birbaşa vəzifəmiz və işimizdir. Prezident İlham Əliyev də söz və mətbuat azadlığı ilə bağlı etdiyi çıxışlarda mediadan bunu tələb edir. Xüsusi olaraq bildirmək istəyirəm ki, mənə dolayısı ilə ünvanladığın hədələr bizi Lerik rayonunda baş verən qanunsuz halları araşdırıb geniş ictimaiyyətə və müvafiq qurumlara çatdırılmasına daha da həvəsləndirir…


AzToday.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]