Gündəm

78 saylı Lerik seçki dairəsinin namizədi ölkə başçısına müraciət etdi

1-11-2015, 20:23
78 saylı Lerik seçki dairəsinin namizədi ölkə başçısına müraciət etdi

Moderator.az-a müraciət edən Milli Məclisə namizəd Mehdibəy Səfərov 78 saylı Lerik seçki dairəsində qanunların pozulduğu və ciddi saxtakarlıq hallarına yol verildiyi ilə bağlı informasiya verib:
“Mən, 78 saylı Lerik seçki dairəsindən MM-ə namizəd Səfərov Mehdibəy Mahmudəli oğlu, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Prezident Admnistrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə təcili qaydada teleqramla müraciət etmişəm. Bildirmişəm ki, 78 saylı seçki dairəsində, Lerik RİH-nin başçısı Rövşən Bağırov başda olmaqla, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, rayon səhiyyə şöbəsinin müdiri Mübariz Ağayev tərəfindən məktəb direktorları, kənd icra nümayəndələri, məntəqə sədrləri məcburi qaydada rayonda ədalətli və şəffaf seçki keçirilməsinə mane olurlar. Onları AR Konstitusiyasının maddələrini pozmağa sövq etdirirlər!
Belə ki, mənə səs verəcək müəllimləri, həkimləri, ən xırda dövlət işçisini belə vəzifələrindən qovacaqları ilə təhdid edirlər. Məsul dövlət vəzifələrinə təyin olunmuş bu şəxslər əhali arasında namizədlərdən birinin - İqbal Məmmədovun, müxtəlif dövlət yetkililərinin adını hallandırmaqla, onun tərəfindən artıq, MM-ə deputat təyin olunmağını təbliğ etməklə, əhali arasında inamsızlıq və ruh düşkünlüyü əhval-ruhiyyəsi yaradırlar. Bununla da, bu adamlar dövlətinin təməl sutunlarından biri olan qanunvericilik hakimiyyətinə qarşı birləşərək, konstitusiyaya zidd hərəkətlər etmişlər! Çox təəssüflər olsun ki, vurduğum bu teleqrammadan sonra da, yəni günü bu gün də, məsul dövlət vəzifələri tutmuş bu adamlar AR-nın Seçki Qanunlarını pozmaqda davam etməkdədirlər...”

Administratorla əlaqə

077 611-55-22

[email protected]