Əsas Səhifə / Dünya

İran parlament seçkilərinə hazırlaşır

7-02-2016, 23:42
İran İslam Respublikasında parlament seçkilərinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

İranın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, isfənd ayının 7-də (26 fevralda) keçiriləcək seçkilərdə İran İslam Şurasına (parlamentə) seçilmək üçün 12 min namizədin adı Seçkilərin konstitusiyaya uyğunluğuna nəzarət şurasına (Şurayi Neqahban) təqdim edilmişdi. Onlardan 6180-nin namizədliyi qeydə alınıb.

Ötən seçkilərdən fərqli olaraq bu il parlamentə seçilmək istəyənlərin sayının çoxluğu nəzərdən qaçmayıb. İranda 10-cu dəfə parlament seçkiləri keçiriləcək.

Qeyd edək ki, fevralın 26-da parlament seçkiləri ilə yanaşı, Ekspertlər Şurasına (Məclisi Xubreqan) da seçkilər keçiriləcək. Bu qurum İranın əhəmiyyətli hakimiyyət orqanlarından biridir. Ekspertlər Şurasına İranın hər vilayətindən 1 nəfər ruhani seçilir. Şura 82 nəfərdən ibarət olur və əsas funksiyası İran İslam Respublikasının Ali Liderini seçmək, vəzifədən kənarlaşdırmaq və fəaliyyətinə nəzarət etməkdən ibarətdir.

AZƏRTAC 

 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]