Texnologiya

Azərbaycanın dövlət saytları çökdü

23-02-2016, 13:12

Bu gün səhər saatlarından başlayaraq Azərbaycanda dövlət qurumlarına məxsus elektron saytların fəaliyyətində problem yaranıb. gov.az domenində olan saytlar açılmır.

ANS PRESS-in məlumatına görə, bununla əlaqədar olaraq hazırda heç bir dövlət qurumunun rəsmi saytına daxil olmaq mümkün deyil.

Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirdilər ki, dövlət qurumlarının rəsmi saytları Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinə məxsus serverdə yerləşir və buradan idarə olunur.

Hazırda dövlət qurumlarının saytlarının işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir. Yaxın dəqiqələrdə saytların işininin bərpa ediləcəyi gözlənilir.

Səhər saatlarından fəaliyyətində problem yaranan dövlət qurumlarının saytları artıq fəaliyyətlərini bərpa edib. Saytlara girişdə yaranan problem aradan qaldırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]