Dünya

Suriya BMT-dən terrorçuları maliyyələşdirən ölkələrin cəzalandırılmasını tələb edib

22-02-2016, 23:40
Suriya BMT-dən terrorçuları maliyyələşdirən ölkələrin cəzalandırılmasını tələb edib.
 
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyi BMT baş katibinə və BMT Baş Assambleyasına müvafiq müraciət göndərib.
 
Suriya hökuməti BMT-dən Dəməşq və Homs şəhərlərində baş vermiş terror aktlarını qətiyyətlə pisləməyə çağırıb.
 
Rəsmi Dəməşq həmçinin terror təşkilatlarını maliyyələşdirən ölkələrə qarşı sanksiyaların qəbul edilməsini tələb edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]