Dünya

İƏT-in İndoneziyada keçirəcəyi zirvə toplantısının gündəliyi açıqlanıb

20-02-2016, 16:58
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) martın 6-sı və 7-də İndoneziyada keçirəcəyi zirvə toplantısının gündəliyində yer alan məsələlər məlum olub. "Report" xarici mətbuata istinadən xəbər verir ki, İƏT-in Fələstin işləri üzrə baş katibinin müavini Semir Bəkir Diab yazılı açıqlamasında iclasda Fələstin və Qüdsdəki son hadisələrin müzakirə olunacağını bildirib.
 
Onun sözlərinə görə, mart ayının ilk həftəsində Fələstin məsələsinin müzakirə ediləcəyi zirvə toplantısı təşkil ediləcək: "İndoneziyanın paytaxtı Cakartada keçiriləcək yığıncaqda paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması məsələsi əsas müzakirə mövzusu olacaq. Eyni zamanda, fələstinlilərin qanuni hüquqlarının yenidən qazanılması üçün təşkilatın beynəlxalq platformalarda göstərdiyi səylər və üzv ölkələrin birliyinin təmin edilməsi də əsas hədəflərdəndir".

İclasda, həmçinin İsrailin fələstinlilərə, eləcə də Qüdsdə yerləşən müqəddəs məkanlara qarşı etdiyi  hörmətsizliklər müzakirə olunacaq. Zirvə toplantısı zamanı əldə olunan nəticələr aprel ayında təşkil edilməsi gözlənilən İƏT-in 13-cü sammitində yenidən müzakirə masasına çıxarılacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]