Kriminal

Moskvada bomba həyəcanı: iri ticarət mərkəzləri boşaldılır

19-02-2016, 00:45
Rusiyanın paytaxtı Moskvada bomba həyəcanı yaşanır. Musavat.com xəbər verir ki, şəhərin iri mağazaları boşaldılır. 

"İnterfaks” agentliyinin məlumatına görə, Moskvanın mərkəzindəki MUM-da (Mərkəzi univermaq) müştərilər və işçilər təxliyə edilir. Hüquq-mühafizə orqanları MUM-a partlayıcı qoyulması barədə məlumatı yoxlayırlar. 

RİA "Novosti” isə xəbər verir ki, "Aşan” şəbəkəsinin 9 mağazasından 5-inə də bomba qoyulması xəbərdarlığı daxil olub. Mağazalardan hamısı boşaldılıb, kinoloqlar axtarış aparır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]