Elm

ATU-nun rektorunun işi prokurorluğa düşdü: 1,5 MİLYON MANATLIQ YEYİNTİ

13-02-2016, 00:36
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Akif Süleymanovla bağlı araşdırmalara başlayıb

Bu yaxınlarda Hesablama Palatasının apardığı yoxlama nəticəsində Azərbaycan Texnologiya Universitetində ciddi yeyinti faktı aşkarlanmışdı. Həmin araşdırmalar zamanı məlum olmuşdu ki, universitetdə 1,5 milyon manatlıq yeyinti halları olub. 

Demokratiya.info xəbər verir ki, Hesablama Palatası ilə anlaşma əldə etməyə çalışan rektor Akif Süleymanovun həmin vaxt bütün cəhdləri nəticəsiz qalıb. Məlumatlı mənbənin bildirdiyinə görə, rektor yoxlamaya xeyli sayda minnətçi salsa da, xeyri olmayıb. Və işlər çığırından çıxmağa başlayıb. 

Məlumatda qeyd edilir ki, Akif Süleymanovun rəhbəri olduğu təhsil ocağında aşkarlanmış 1,5 milyon manatlıq yeyinti halıyla bağlı bütün sənədlər və arayış artıq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Baş İdarə bununla bağlı ilkin araşdırmalara başlayıb və yaxın zamanlarda ATU rəhbərliyini dindirmək üçün çağıracağı deyilir. 

Demokratiya.info-ya məlumat verən mənbə vurğulayır ki, Akif Süleymanovun yaxın günlərdə istintaqa çağrılacağı gözlənilir. Onun vəzifəsindən azad olunması ilə yanaşı, həbsinin də mümkün ola biləcəyi deyilir. Güman edilir ki, rektor belə yeyintinin altından çıxacaq gücdə də deyil. 

Qarşı tərəfi dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]