Foto Fakt

Dünyanın ən bahalı evləri - FOTO

11-02-2016, 14:51
Dünyanın ən bahalı evləri - FOTO

Milyarderlərin yaşadığı bu evlərdə hər cür lüks şərait yaradılıb. Dəbdəbəli evlər öz görünüş və böyüklüyü ilə insanları xeyli heyrətləndirir. 

Böyük hovuzu və kinoteatrı olan evlər daha çox təbiət mənzərəli yerlərdə inşa edilib. 

Dünyanın ən bahalı evlərinin aşağıda sadalanan mülklər olduğu bildirilir:

15. Blossom Estate (ABŞ, Florida) - 130 milyon dollar, Citadel Investment Group fondunun təsisçisi, milyarder Kennet Qriffinə məxsusdur

14. Broken O Ranch (ABŞ, Montana) - 132,5 milyon dollar, milyarder Sten Kronka məxsusdur

13. Manapalan Residence (ABŞ, Florida) - 135 milyon dollar, Milyarder Frenk MakKinniyə məxsusdur

12. Hearst Home (ABŞ, Kaliforniya) - Beverli-Hillzdə yerləşən bu ev 2014-cü ildə Uilyam Rendolf Herst tərəfindən 135 milyon dollara satılıb

11. 16 Kensington Palace Gardens (Böyük Britaniya) - 140 milyon dollar, biznesmen Roman Abromoviçə məxsusdur

10. Updown Court (Böyük Britaniya) - 150 milyon dollar, Qonşuluqda Elton Con və gitaraçı Brayan Mey yaşayır

9. The Manor (ABŞ, Kaliforniya) - 150 milyon dollar, "Formula 1” yarışlarının təsisçisi Berni Ekklstounun qızı Petra Ekklsouna məxsusdur

8. The Pinnacle (ABŞ, Montana) - 155 milyon dollar, Yellostoun milli parkında ən böyük və bahalı dağ-xizək bazasıdır 

7. Ellison Estate (ABŞ, Kaliforniya) - 200 milyon dollar, 2004-cü ildə "Oracle” şirkətinin təsisçisi Larri Ellison tikdirib

6. Park Place (Böyük Britaniya) - 218 milyon dollar, rusiyalı biznesmen Andrey Borodinə məxsusdur

5. One Hyde Park (Böyük Britaniya) - 221 milyon dollar, Ukraynanın ən zəngin adamı Rinat Əhmədova məxsusdur

4. 6 Kensington Palace Gardens (Böyük Britaniya) - 222 milyon dollar, Hindistanlı zəngin Lakşmi Mittal oğlu Aditya üçün 2008-ci ildə alıb

3. Fairfield (ABŞ, Nyu-York) - 248 milyon dollar, Amerikalı biznesmen Ayre Rennertə məxsusdur

2. Villa Leopolda (Fransa) - 750 milyon dollar, 1931-ci ildə tikilib və dünyasını dəyişən isveçrəli bankir Edmond Safranın arvadı Liliyə məxsusdur

1. Antilia (Hindistan) - 1 milyard dollar, 8 ballıq zəlzələyə davamlı bu evdə Hindistanlı iş adamı Mukeş Ambani ailəsi ilə birlikdə yaşayır

Administratorla əlaqə

077 611-55-22

[email protected]