Dünya

Ölkəni qarışdıracaq xəbər: Nazir qızının "başı" üçün killerə 500 milyon dollar təklif olundu

21-02-2016, 19:32
Ölkəni qarışdıracaq xəbər: Nazir qızının "başı" üçün killerə 500 milyon dollar təklif olundu  Həbsdə olan killerin elektron poçt ünvanına xarici işlər nazirinin qızını öldürməklə bağlı sifariş gəlib. Cebhe.info xəbər verir ki, ciddi rejimli müəssisədə cəza çəkən killer Aleksey Şerstobitovun elektron poçt hesabına Rusiya xarici işlər naziri Sergey Lavrovun qızının öldürülməsinə dair sifariş məktubu daxil olub. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, qətli sifariş verən şəxsin kimliyi araşdırılır. Sifarişçi nazirin qızı Yekatirina Vinokurova və onun əri üçün 500 milyon dollar vəd edib. Sifariş killerin elektron post ünvanına gəldiyindən onun sifarişçisinin müəyyən edilməsi mümkün görünür. İlk dəfədir ki, killerin elektron poçt ünvanına bu məzmunda məktubun daxil olduğu bildirilir. Qeyd edək ki, Lavrovun yeganə qızı ABŞ və Britaniyada təhsil alıb. O, hazırda həyat yoldaşı ilə Moskvada yaşayır.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]