İqtisadiyyat

Cəlilabadda vergidən yayınan vergi işçisi kimdir?

12-11-2016, 23:07

Son zamanlar Cəlilabad rayonundakı ticarət obyektlərində özbaşnalıq baş alıb gedir. Bu obyektlərdə işləyənlər, o cümlədən obyekt sahibləri o qədər harınlayıblar ki, açıq aşkar bildirirlər ki, onlar sahibkardırlar, heç kimdən qorxmurlar və Qanunlara da tabe deyillər. Onların "krişa”ları, yəni havadarları var; Vəssalam!

Onlar, öz obyektlərində nə istəsələr və necə istəsələr sata bilərlər. Beləsahibkarların bəziləri, həm işçiləri ilə Əmək müqaviləsi bağlamırlar, həm də mağazalarda nəzarət kassası qoymurlar və satdıqlarına istənilən qiyməti təyin edirlər. Alıcılara da ödəniş barədə qəbz verilmir. Vergi müfəttişləri də heç bir nəzarət etmirlər. Sonuncu bazar ertəsi biz bir dükanda alver elədik və aldığımız əşyaların pulunu ödəyərkən qəbz verilməsini istədik. Cavab aldıq ki, "bura öz dükanımızdır, bizdə çek olmur!”. Bildirirəm ki, beləsəbəbkarların arasında Vergilər Ərazi İdarəsinin müfəttişləri də var. Biz bu yaxınlarda həmin müfəttişlərin özlərinə məxsus bir mağazada olduq.

Bu mağaza Cəlilabad şəhərinin mərkəzində H. Əliyev prospekti ilə Xətai küçəsinin kəsişdiyi ərazidə yerləşir. Markətdə bizə məlumat verdiler ki, bu obyekt Şahbazov Elçin adlı bir məmura məxsusdur. Həmin məmur Vergilər Nazirliyinin Lənkərandakı 6 saylı ərazi idarəsinin Cəlilabad rayonu üzrə vergi müfəttişidir. Deyilənlərə göre, onun sahibi olduğu bu dukanda vergi qanunlarına riayət olunmur, satıcılar qayda-qanunla işləmirlər və heç birinin Əmək müqaviləsi, sosial sığorta şəhadətnaməsi, sanitar kitabçası və s. sənədləri yoxdur. Dükanda özbaşnalıöın olduğuna özümüz də şahid olduq. Kassa aparatı da yox idi. Əşyaların üstündə yazılan qiymətlərlə satıcıların dedikləri qiymət uyğun gəlmir.
Satıcılardan biri dedi ki, "bu dükan vergi işçisinindir də, nə sənəd
olmalıdır ki?”.

Zəhmət olmasa, bizi maraqlandıran bu suala cavab verin, Vergi Orqanlarında işləyən müfəttiş sahibkarlıqla məşğul ola bilər? Deyirlər ki, sizin Ərazi idarəsinin rəhbərliyi də bu obyektin kassasız işləməsinə icazə verib? Kim bu mağazada olub? Bu yazılanlar həqiqətdir? Həmin mağazada satılan malların keyfiyyəti və haradan gətirilməsi barədə məlumatı olanlar var? Ümumiyyətlə, bu obyektin fəaliyyəti müştəriləri qane edirmi? Bu obyektin sahibi özü dövlətə vergiləri qanuni şəkildəödəyirmi? Bütün bu sualların cavabı cəlilabadlılar üçün maraqlıdır. Xahiş edirəm əgər imkanınız
varsa, bizə cavab yazın!

Sabir Urufzadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]