Foto Fakt

İcra hakimiyyətindən Ulu Öndərə qarşı sayqısızlıq – FOTOLAR

3-02-2016, 14:04
İcra hakimiyyətindən Ulu Öndərə qarşı sayqısızlıq – FOTOLAR

Xeberman.com AzNews.az-a istinadən xəbər verir ki, 2 həftə əvvəl şəhərin mərkəzi prospektlərindən birində H.Əliyevin portreti olan poster götürülüb, lakin hələ də yerinə qoyulmayıb.

Məlumata görə, posterin götürülməsinə səbəb sözügedən tarixdə Heydər Əliyev prospektində baş vermiş yol qəzası olub. Belə ki, qəza nəticəsində mərhum prezidentin portretinin həmin ərazidə qoyulmuş posteri sıradan çıxıb və aidiyyəti qurumlar tərəfindən götürülüb. Amma hadisədən 2 həftə keçməsinə baxmayaraq poster hələ də yerinə qaytarılmayıb.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə dəfələrlə zəng etsək də, sualımıza cavab verən olmadı.

Ərazidən 2 həftə əvvəl və bu gün çəkilmiş fotoları təqdim edirik:




Administratorla əlaqə

077 611-55-22

[email protected]