Kriminal

Qazaxda ev yanıb

2-02-2016, 02:03
"Report" xəbər verir ki, hadisə rayonun Qazaxbəyli kəndində, 58 yaşlı Şahin Musayevə məxsus tikilidə qeydə alınıb.

Nəticədə xəsarət alan olmasa da, ümumi sahəsi 135 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 90 kv.m sahədə yanaraq yararsız hala düşüb. Həyətdə olan digər tikili yanğından mühafizə edilib.

Yanğın hadisə yrinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]