Əsas Səhifə / Ölkə

Bu gündən dərman yeni qiymətlərlə satılacaq

1-09-2016, 16:51

Bu gündən  dərman yeni qiymətlərlə satılacaq

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Xeberman.com  -a verilən məlumata görə, bununla da artıq dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, bütünlükdə qeydiyyatda olan 9850 dərman vasitəsi tənzimlənmiş qiymətlərlə satışdadır.

Beləliklə, 2016-cı il sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.

Dərman vasitələrinin tənzimlənmiş qiymətləri Tarif (qiymət) Şurasının rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]