Əsas Səhifə / Gündəm / Media
Polad Aslanovun həyat yoldaşı cəzaçəkmə müəssisəsində jurnalistə qarşı yeni təxribatlar törədildiyini bildirib
20-04-2022, 08:49
1 saylı cəzaçəkmə müəssisəsində jurnalist Polad Aslanova qarşı təxribatlar davam edir, bu barədə çərşənbə axşamı onun həyat yoldaşı Gülmira Aslanova bildirib.
"Bu gün Polad zəng etmişdi. Bildirdi ki, 20 gün əvvəl onu vuran kamera yoldaşı yenə onu təhqir edir, söz atır, təhrik edir.
Bu gün yenidən Ombudsman aparatına və Ədliyyə Nazirliyinin 881 Qaynar xəttinə zəng edib məlumat vermişəm", deyə o bildirib.
Amma Penitensiar Xidmət Nizami rayon prokurorluğunun müstəntiqi Anar Namazova Poladın şikayətini araşdırmaq üçün üçün icazə sənədi vermir.
Penitensiar Xidmət qəsdən Poladın yenidən döyülməsi və alçaldılması üçün şərait yaradır, deyə jurnalistin həyat yoldaşı bildirib.
Xatırladaq ki, aprelin əvvəllərində Aslanova ərinin, onun fikrincə, həbsxana administrasiyası ilə əməkdaşlıq edən kamera yoldaşı tərəfindən döyüldüyünü bildirib.
O, iki etiraz aksiyası keçirdikdən sonra aprelin 9-da Nizami rayon prokurorluğuna dəvət olunub və şikayətinə baxılacağına söz verilib.
Xeberman.com saytının təsisçisi və rəhbəri Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanət ittihamı ilə həbs edilib və 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Fevralın 24-də Ali Məhkəmə onun cəza müddətini 13 ilə qədər azaldıb.