Əsas Səhifə / Gündəm / Media
hüquq-mühafizə orqanlarını həyat yoldaşının döyülməsini araşdırmaq istəməməkdə ittiham edir
14-04-2022, 15:28
1 saylı koloniyada jurnalist Polad Aslanovun kamera yoldaşı tərəfindən döyülməsi ilə bağlı araşdırma qəsdən yubadılır, məhbus redaktorun xanımı Gülmirə Aslanova belə hesab edir.
Onun sözlərinə görə, Nizami Rayon Prokurorluğunun müstəntiqi Anar Namazov bildirib ki, koloniyaya getmək üçün Penitensiar Xidmətdən icazə almaq lazımdır.
“Müstəntiq dedi ki, Penitensiar Xidmətin cavabı 10 gün ərzində daxil olmalıdır. Yəni aprelin icazə aprelin 20-21-də alınacaq. Onlara lazım olanda prokurorluq nümayəndələri dərhal saxlanma yerlərinə daxil olurlar. Polad məsələsində isə bilərəkdən yubadırlar.
Döyüldükdən 20 gün sonra Poladın üzündə zorakılıq izləri yox olacaq və təyin olunan “ekspertiza” təbii ki, xəsarəti “üzə çıxarmayacaq” və onlar cinayət işini başlamaqdan imtina edəcəklər”, - Aslanova deyib.
“Mən günahkarların cəzalandırılmasını, həyat yoldaşımın təhlükəsizliyinin təmin olunmasını və onun azaldığa buraxılmasını tələb etməyə davam edəcəyəm”, - o deyib.
Xatırladaq ki, aprelin əvvəlində Aslanova Poladın kamera yoldaşı tərəfindən döyüldüyünü bildirib. O həmin şəxsin həbsxana rəhbərliyilə əməkdaşlıq etdiyini düşünür.
İki dəfə etiraz aksiyası keçirdikdən sonra aprelin 9-da onu Nizami Rayon Prokurorluğuna dəvət ediblər və şikayətin araşdırılacağını bildiriblər.
Xatırladaq ki, Xeberman.com saytının təsisçisi və redaktoru Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Fevralın 24-də Ali Məhkəmə onun həbs müddətini 13 ilə qədər azaldıb.