Xəbərlər / Gündəm

1 saylı Cəzaçəkmə Müəssisəsində 9 ildi Cəza çəkən məhkum əfv üçün Prezidentə müraciət etdi

10-10-2021, 22:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Dadaşov Ağahüseyn Zakir oğlu tərəfindən Müraciət.
Cənab Prezident , Mən Dadaşov Ağahüseyn Zakir oğlu 2012-ci ilin iyun ayında şəxsi avtomobilimlə qəza törətmişdim və həmin zaman avtomobilimdə dini  nigahla ailə qurduğum həyat  yoldaşım da vardı. Maşın qısa qapanmadan yanmağa başladı . Və mən çox çətinliklə  yoldaşımı  maşından çıxarda bilmişdim. Amma yoldaşım ağır bədən xəsarətləri almışdır və 3-gün sonra dünyasını dəyişmişdi.Sonra isə məni yoldaşımın ölümündə təqsirli bilərək saxladılar.İstintaq düzgün aparılmadı və mən güya yoldaşımı xüsusi amansızlıqla,qəsidlə, öldürmüşəm kimi CM-nin 120.2.4 maddəsi ilə təqsirli bilərək 14il müddətinə azadlıqdan mərhum etdilər.Halbuki , mərhum yoldaşımın nə hüquqi varisi (qardaşı), nə də valideynləri şikayətçi olmuşdular.
 Çünki mən , mərhumu qəsidlə öldürməmişəm.
Cənab Prezident,artıq mənə verilən  cəzanın çox hissəsini(9 il4  ay) çəkmişəm.
Mənim xəstə yaşlı anam və bir övladım var. Onların illərdir ki ,gözləri yolda qalıb.
Dəfələrlə siz məhbuslara qarşı humanist addımlar atıb onları və ailələrini sevindirmisiniz.
Mənə məlumat verdilər ki , yaxın aylarda siz məhbusları əfv edəcəksiniz.
Sizdən bir , vətəndaş olaraq xahiş edirəm ki, məni də əfv edəsiniz.

Administratorla əlaqə

077 611-55-22

[email protected]