Ölkə

İş adamının Zakir Fərəcov haqqında dəhşət saçan açıqlamaları - İstintaq materialı

9-12-2017, 03:03
İş adamının Zakir Fərəcov haqqında dəhşət saçan açıqlamaları - İstintaq materialıSumqayıt şəhərində son illər baş verən məmur özbaşınalığı pik həddə çatıb. İcra başçısı Zakir Fərəcovun qanunsuz əməlləri insanların sosial durumunu ağırlaşdırıb. Şəhərin hüquq mühafizə orqanları, məhkəmə sistemi bir məmurun sifarişlərini icra edən özəl təşkilatalara çevriliblər.
Qanunların işləmədiyi şəhərdə sahibkarlar, iş adamları hədələnir. Zakir Fərəcov Sumqayıta cəlb edib tikinti işlərini tapşırdığı vətəndaşlar sonradan haqsızlıqla üzləşirlər. İcra başçısı işlər bitəndən sonra iş adamlarına olan borcunu qaytarmaqdan imtina edir və polisin əliylə işgəncələrə məruz qoyur. Sumqayıt polisində rəis müavini Hikmət Qasımov kimilərin əli ilə ən ağır işgəncələrə və təhqirlərə məruz qalan insanlar çarəsiz durumda susmağa məhkum edlilirlər. Polis rəisinin müavini Sumqayıtda şərləyərək həbs etdiyi vətəndaşlardan istədiyini almaqdan çəkinmir. Məhz bu rüşvətlə Hacıqabul rayonunda böyük ferma tikdirən Hikmət Qasımovun qanunsuz əməllərininn qarşısını alan yoxdur. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.

“Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyevin son 1 ildə yaşadığı haqsızlıqlarla bağlı Realliq.org – da işıq üzü görən yazılar sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib.
İş adamının Prezidentə və ölkənin Baş prokuroruna ünvanladığı müraciətlər və saytın apardığı araşdırmalar göstərir ki, Müqayis Verdiyev bir məmurun hegemonluğunun əsirinə çevilib. İş adamının pulunu tələb etməsi Sumqayıt İcra başçısı Zakir Fərəcovun qəzəbinə səbəb olub və 1ildir ki, qanunsuz həbs baş verib.

Sumqayıt Dənizkənarı Bulvarın tikintisinə 12 milyon manat vəsaitini xərcləyən iş adamı 9 aya mümkün olmayan işi bacarmaqla Prezidentə verilən sözün icrasında əsas rol oynayıb. Şəhər Bulvarının tikintisi zamanı gecəni də yuxusuz keçirən M.Verdiyevə verilən vədlər yerinə yetirilmədi. Icra başçısı 9 aya bulvarın tikintisini reallaşdıran iş adamını açılışa qədər “qardaş” deyərək alqışlayırdı. Açılışdan sonra isə Zakir Fərəcovun əsl siması üzə çıxdı və iş adamının xərclədiyi pulları geri qaytarmaq yerinə onu şantaj edərək həbs etdirdi.

Realliq.org – a daxil olan məlumat və iş adamının istintaqa verdiyi izahat dəhşətli faktları aşkara çıxarır. 12 iş adamı və M.Verdiyevi aldadan icra başçısı Sumqayıt prokurorluğu və polisin əli ilə onun həbs müddətini uzatmağa çalışır. Bununla iş adamının törətmədiyi əməllərə görə ittiham edilməsi prosesi başlayıb. Realliq.org etibarlı mənbədən Müqayis Verdiyevin istintaqa verdiyi həmin izahatı əldə edib. İzahatı olduğu kimi diqqətinizə çatdırırıq:

Müqayis Verdiyevin izahatından cıxarış


2016-cı il mart ayının əvvəlində Sumqayıt şəhərinin İcra Hakimiyətinin Tikinti və memarlıq şöbəsinin rəisi kimi özünü təqdim edən Fəzail Hüseyinov mənə zəng vuraraq Sumqayıt şəhərinin İcra Başcısı Zakir Fərəcovun mənimlə görüşmək istədiyini və təcili olaraq Sumqayıt şəhərinə gəlməyimi xahiş etdi .Dəvəti qəbul edib Sumqayıt şəhərinə gəldim .
İş adamının Zakir Fərəcov haqqında dəhşət saçan açıqlamaları - İstintaq materialı
Zakir Fərəcovla bir-birimizi əvvəcədən tanıyırdıq.Fəzail Hüseyinovla, mən və Zakir Fərəcovla kabinetində görüşdüyümüzdə Zakir Fərəcov mənə bildirdi ki,Sumqayıt şəhərində aparılacaq abadlıq quruculuq işlərində onlara köməklik göstərim .Şəhərin işıqlandırma sisteminin yenilənməsi üçün yeni işıq dirəklərinin gətirilməsi və quraşdırılması,bulvar kompleksinin tikintisi, giriş qapısının və girişdən şəhərə qədər olan yolun sağ və sol tərəflərinin abadlaşdırılması işlərinin mənim etməyimi istədi və dedi ki ”bu işlər yeddi iş adamına təklif ediblər, onlar da boyun qaciriblar”. Mənim Yardımlı, İmişli, Yevlax, Neftcala ,Gəncə, Goranboy, Quba və digər rayonlarda apardığım işləri çox bəyənib. Artiq dərəcədə məndən xahiş etdi ki, Prezidentə söz verdiyi üçün bu işləri sentiyabr ayına qədər qurtarmaq lazımdır. Onu da bildirdi ki,bu işlər vaxtıda başa catdırsaq Prezident onu Bakı şəhərinə “meri “ təyin edəcək. Mənə söz verdiki, işlərin pullarını və mal-material verən iş adamlarının vəsaitlərini vaxtlı –vaxtıda çtdırılacaq. Lazım gələrsə Sumqayıt və Novxanıda torpaq sahələrinin verilməsi üçün sərəncam verəcək. Mən bildirdim ki, mənə torpaq sahələri lazım deyil, vəsaitləri vaxtlı-vaxtında catdırmaq lazımdır.

Razılaşdıq və mən işə başladım. Zakir Fərəcov öz növbəsində Fəzail Hüseyinova tapşırdı ki, tikinti işlərində bütün köməkliklər göstərilməlidir ki, işlər vaxtında təhvil verilsin . Fəzail Hüseyinovala hər gün təmasda olurdum. Ehtiyacları ondan tələb edirdim. Fəzail Hüseyinova mənə 400.000 ( dört yüz min) manat ilkin olaraq vəsait verdi. Mən mal –materila verən iş adamı inandığım dostlarım Vüqarı, Anarı, Pərvizi, Ağaməmmədi Sumqayıta dəvət etdim. Onlara bərabər mal-materialları verən iş adamlarıyla görüşdük və onlardan mal –materialları alıb pullarını hissə hissə ödəyəcəyimizə razılaşdıq. İşlər yüksək səviyyədə və sürətlə gedirdi. Zakir Fərəcov hər gün, görülən işlərə görə mənə və işcilərə təşəkkür edirdi. Deyirdi ki,heç çinlilər də belə işləyə bilməz. Mən, Fəzail Hüseyinov və “Baki Steel ”zavodunun işçisi Cingiz görüşdük. Çingiz, Fəzail Hüseyinovun tapşırığı ilə mənə 300.000 (üç yüz min )manat verdi. Bu vəsait mal –materiallarına görə idi. Adını bilmədiyim Corat bələdiyəsinin sədri mənə bu işlər üçün 200.000 ( iki yüz min) manat verdi.
İş adamının Zakir Fərəcov haqqında dəhşət saçan açıqlamaları - İstintaq materialı
Sonra Zakir Fərəcov məni yanına cağıraraq üç bayraq meydanının ( Şəhərin girişində, Heydər Əliyev parkında və Bulvar kompleksində ) salınmasını tapşırdı. Mən Türkiyədən yaşayan dostum iş adamı Yusiflə telefon əlaqəsi saxlayıb, üç bayraq dirəyi konstruksiyasını Azərbaycana göndərməsini xahiş etdim. 76 m-lik dirəyinin qiyməti 60000 ( altmış min ) dollara, 40 m lik dirəyinin qiymətini isə 32000 ( otuz iki min ) dollara razılaşdıq. Zakir Fərəcovla Yusifi telefonla danışdırdım. Zakir Fərəcov Dirəklərin pulunun ödənilməsini Adil adlı memara tapşırdı. Səhəri gün Adil adlı şəxs mənimlə görüşüb dedi ki, başcının mənə 140000 ( yüz qırx min) manat borcu var mən bu pulu tapa bilməyəcəm. Sumqayıtda yaşayan Zaman adlı şəxsdə olsa alıb verərəm .Səhəri gün Adil tikintidə həyəcanla mənə yaxınlaşıb: “ axşam başcıyla Novxandaki restranlarda yemək yeyərkən ona pulu Zamandan almaq istədiyini, başcininsa ona Müqayisə de nə edirsə etsin bizi Zaman kimlərə möhtac etməsin özü bu məsələni həll etsin“ dedi .
Həmin gün axşam Zakir Fərəcov bulvardakı tikintiyə baxış kecirərkən də bu sözləri mənə dedi .Məndə səhəri gün yaxın dostum iş adamı Qasımdan 60000 ( altmış min ) dollar borc alaraq Türkiyəyə göndərdim.
İş adamının Zakir Fərəcov haqqında dəhşət saçan açıqlamaları - İstintaq materialı
Qalan 92000 ( doxsan iki min ) dolları özüm və dostlarımdan borc alaraq hissə hissə Türkiyəyə göndərdim .152000 ( yüz əlli iki min ) dollar puldan mənə cəmi 27000 ( iyirmi yeddi min ) manat ödədilər.Vəsait çatışmamazlığını görə işləri dayandırdım. Coxdan tanidığım İmişli rayon Təhlükəsizlik xidmətinin rəisi, Zakir Fərəcovun qohumu Anar dəfələrlə mənimlə görüşərək və telefonla əlaqə saxlyaraq məndən işləri davam etdirməyi xahis edir və Zakir Fərəcovun mənə vəsaitin əvəzinə torpaq sahələri verəcəyini deyirdi. Eyni zamanda Fəzail Hüseyinov bütün işcilərin hamısına söz verdi ki, vəsaitlər onun tərəfindən tez bir zamanda ödəniləcək və mənədə onlara yəni işcilərə yalniz rəhbərlik etməyi tapşırdı. Vəsaitlər memar Adil, Zakir Fərəcovun Bacısı oğlu Kənan və İcra Hakimiyyətinin işcisi Rəhim tərəfindən paylanıldı.

Mən işlərə yalnız rəhbərlik edirdim. Bir dəfə Zakir Fərəcov onun şəxsi Mercedes markalı avtomobilində görülən işlərə baxış kecirirdik. Mənə işləri bəyəndiyini və işləri vaxtında başa catarsa bu maşından birini mənə hədiyyə edəcəyini, bir də Novxanıda bağ sahəsi verəcəyini dedi .
İş adamlari Məhəmməd, Aydın və İlhamı Fəzail Hüseyinovun yanına gətirərək onların vəziyyətlərinin çətin olunduğunu və onların tikintiyə verdikləri materiallarinin pulunu ödəmək lazım olduğunu dedim. Fəzail Hüseyinovda onlara borcun tez bir zamanda ödəməyinə söz verdi və onlardan xahiş etdik ki, mal-materiallarının verilməsini dayandırmasınlar. Bir də dedi ki,Müqayisə küllü miqdarda borcumuz var amma sizin pullarınızı mütləq ödəyəcəyik .
İş adamının Zakir Fərəcov haqqında dəhşət saçan açıqlamaları - İstintaq materialı
Zakir Fərəcovdan dəfələrlə müqavilə bağlamağı tələb etsəm də o mənə; “şəhərin sahibi mənəm müqavilə zad nədir? Biz qardaşıq, mənə inanmırsan? Məndən ehtiyyat edirsən? İşini gör pulunu al. Səni pis vəziyyətdə qoymayacam ” demişdi
Mən işcilərə ödəmək ücün və mal-materialiallrı verən iş adamlarına ödəmək üçün Zakir Fərəcovun sürücüsü Fəzail Hüseyinov, Corat bələdiyyəsinin sədri və Baki Steel zavodunun işcisi Çingiz tərəfindən cəmi 3400000 ( Üç milyon dört yüzmin ) manat pulu qeyri rəsmi olaraq veriblər. Sumqayıt şəhərində yerləşən AVRO MED tərəfindən mənə Zakir Fərəcovun təkidi ilə 120.000( yüz iyirmi min ) manat pul ödənilməli idi. AVROMED mənə rəsmi olaraq 10000 (on min ) manat pul ödəyib .

Mənim rəhbərliyimdə Sumqayıt şəhərində aparilan abadlıq quruculuq işlərinə ümumilikdə 12800000 ( on iki milyon səkkiz yüz min ) manat pul xərclənib .Bu vəsaitin qarşılığında Zakir Fərəcov tərəfindən ödənilən məbləğə ( 3640000) və qalan borc ( 8000000 ) milyondan cox baxilarsa Sumqayıt şəhərində görülən bu işlərə işcilərin və iş adamlarının haqqına girməklə yekunlaşıb. Bizim gördüyümüz işləri və bu işlərin acılışı zamanı, ölkə başcısı analoqu olmayan işlər adlandırıb. Verilən vədləri dediyi sözləri yalan olan Zakir Fərəcov isə işcilərin və iş adamlarının, nə də mənim borclarımı ödəmək əvəzinə vəziyyətdən cıxış yolunu məni həbsə salmaqda gördü. Hələ bu bəhs deyilmiş kimi mənə 10-12 il həbs cəzası verəcəyi ilə hədələyir. Ay Zakir Fərəcov sən Sumayıtın sahibisən bildik. Məhkəmə sistemi də sənin əlindədi ki, sənin sifarişinlə cəza verirlər. Yəni bu qədər boşluq görüb özbaşınalıq edirsən?

İşcilərin və iş adamlarının öz vəsaitlərini ala bilməməsi səbəbi Zakir Fərəcovun öz işinə səhlənkar yanaşması və vəzifəsinin öhdəsindən gələ bilməməsi, vəzifə səlahiyətlərini aşaraq ya da vəzifə səlahiyətlərindən sui istifadə edərək dövlətin bu işlərə ayırdığı vəsaiti mənimsəyib öz yaxınlarina əmlak alması olub. Soruşmaq lazımdır ki, ay yoldaş Fərəcov bu tikintilər möcüzə sayəsində başverib? Tikintidə olan mal- materiallarının qəbzləri hanı?İşcilərə ödənilən vəsaitlərin siyahısı hanı? Görülən işlərin aktları hanı? Bir sözlə ,Zakir Fərəcov dediyi kimi “Şəhərin sahibinin boynundadır”.
Onuda bildirirəm ki, bu işlərdən əlavə olaraq Zakir Fərəcovun qızlarının Goradildə yerləşən hektarlarla torpaq sahələri olan bağ evlərinin bütün abadlıq quruculuq işləri, su sistemlərinin cəkilməsi işləri də mən tərəfindən aparılıb. Həmcinin qazonlaşdırılması və ağacların əkilməsi və s.
İş adamının Zakir Fərəcov haqqında dəhşət saçan açıqlamaları - İstintaq materialı
Lakin 3 cü qızının bağ evində işlər gedərkən Zakir Fərəcovun 3-cü qızı əlində ¬¬İtalya kataloqu ilə yaxınlaşıb agaclardan istədiyini dedi. O ağacin birinin qiyməti 25000 ( iyirmi beş min) dollar idi. Bele bir vəsaiti gücümüz catmadığı ücün işi dayandırdıq. Bu bağ evində görülən işlərin, işçilərin , mal-materialı verən iş adamlarının vəsaitləri bu günə qədər ödənilməyib. Bu işdən yəni 3 cu qıznın işini görməkdən imtina etdiyimiz ücün, Zakir Fərəcovla aramızda soyuqluq yarandı .
İşlər yüksək səviyyədə və sürətlə getdiyi vaxtda mənə, məni İcra Hakimiyyətinə işə götürəcəyini və şəhərdəki bütün tikinti işlərini həvalə edəcəyini də söz vermişdi.

Nə isə Cənab Prezident dəfələrlə tapşırıb ki, məmurlar özbaşınalıq etməsinlər. Xalqa ağalıq yox xidmət etsinlər.Hətda özünündə xalqın xidmətcisi olduğunu dəfələrlə deyib. Zakir Fərəcov isə özünü sahib adlandırır. İş adamlarının imkanlarıdan istifadə edib, onları həbsə saldırmaqla hədələyir. Bu yaxınlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin binasınının önünə, haqqını tələb etməyə gəlmiş iş adamı Aydını polis naryadi çağitdıraraq həbs etdirmış, sonra isə naməlum səbəbə görə azad etdirmişdir.
İş adamının Zakir Fərəcov haqqında dəhşət saçan açıqlamaları - İstintaq materialı
Zakir Fərəcov deyirmiş ki, Müqayisin evini əlindən alacam satib iş adamlarının pulunu ödəyəcəm. Ay Zakir Fərəcov mənim malım-mülküm halal qazandığım pulla alınıb. Onun üçün mənim vicdanım təmizdir. Bəs sənin qeyri –qanuni yollarla əldə etdiyin Goradildə, Mehdiabadda, Sumqayıtda, Coratda, Abşeronda hər bir ailə üzvünün hektarlarla olan torpaq sahələrini,mülklərini kim əlindən alacaq. Sən dövlət məmurusan müəyyən maaş alırsan. Bu maaşla bu qədər malı-mülkü neçə almısan ?
Bu ancaq dövlətin ayırdığı vəsaiti şəxsi xərclərin üçün istifadə edib, bizim kimi iş adamlarının etibarindan sui istifadə edərək, sənin öhdənə düşən işləri bizə gördürməklə mümkündür.

Mütəmadi olaraq Sumqayıtdakı, tikintilərdə işləyən işcilər və tikintilərə mal-materialları verən iş adamları haqlı olaraq haqlarını tələb etmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətini inzibati binasının önünə toplaşanlar Zakir Fərəcov isə onlara olan borcunu ödəmək əvəzinə ,məmura yaraşmayan nalayiq sözlərlə etikadan kənar ifadələrlə onları təhqir edən sözlərlə gedin pulunuzu Müqayisdən alın deyir. Ay zakir Fərəcov Müqayayis bu pulları ödəməli idisə nəyə görə Müqayis həbsdə olanda işcilərin pulunu ödəmək üçün Adil və Faiqə 1000000 ( bir milyon ) manat vəsait vermisən. Birdəki o işcilər Müqayisin şəxsi obyektində işləyiblər? Sənin adamın Faiq sənin adınla 86000 (səksən altı min ) manatlıq mal-və materialın şəxsi iştifadəsi üçün evinə aparıb .
İş adamının Zakir Fərəcov haqqında dəhşət saçan açıqlamaları - İstintaq materialı
Mən Cənab Prezidentin apardığı daxili siyasətə, apardığı islahat işlərinə, iş adamlarına verdiyi dəyərə inanıram .İnanıram ki, belə məmur hegemonluğuna son qoyulacaq və mənim kimi öz dövlətinə, xalqına xidmət edən iş adamlarının haqları özlərinə qaytarılacaq və haqları bərpa olunacaq. Ümid edirəm ki, Zakir Fərəcovun yatmış vicdanı bir gün oyanacaq özünü danlayacaq. Doymayan nəfisi doyacaq, tükənməyən ehtiyacı bir gün tükənəcək, var dövlətə olan hərisliyi bir gün sönəcək və ondan haqlarını tələb edənlərin haqlarını özlərinə qaytaracaq. Bu ümidlərlə yaşayıram və mübarizəmi davam etdirirəm Uca olan Allah hec kəsin haqqını heckəsdə qoymaz. Nəmrudda bir zamanlar sahiblik iddasinda tüğyan edirdi. Allah ona bir milcəyi müsəlləd elədi. Milcək onun burnundan girərək beyninə catdı və bir balaca milcək onu məhv elədi. Mən belə bir aqibəti ona arzulamıram. İnşallah ki,öz səhvini başa düşər. Adil və Faiq kimilərinin təsiri altından cıxıb öz xalqına xidmət edər, haqqını tələb edənlərin haqlarını özlərinə qaytarar, verdiyi sözlərə, verdiyi vədlərə, əhdinə əməl edər. Çünki biz kişiliyi belə bilirik və kişinin dediyi sözə inanırıq.Yoxsa onun mənim üçün dediyi -“Onu həbsxanada məhv etdirəcəm”- sözün onun bir daha yerində olmadığının sübutudur. İnaniram və belədə inanmaq istəyirəm ki, belə bir vəzifə sahibi bundan başqa cür hərəkət etsin. Bizə kişiliyi belə öyrədiblər və biz kişinin dediyi “Qardaş” sözünə etimad edirik. Bunun əksini görmək və bilmək istəmirik. Çünki yalançılıq, əhdə vəfasızlıq, kəsilən çörəyə dəyər verməmək namərdlərə məxsus olan xüsusiyyətlərdəndir. Mən Müqayis Verdiyev bu yazı vasitəsi ilə Sumqayıtda mənimlə işləyən iş adamlarına müraciət edərək bildirirəm ki, siz özünüzdə bilirsizki, sizə kim borcludur, kim sizin vəsaitlərinizi ödəməlidir .Bu vəsaitləri ödəmək Zakir Fərəcovun öhdəsindədir .
İzahatı özüm yazdım.Hec bir əlavəm yoxdur.Doğrulugunu öz imzamla təsdiq edirəm .
25.11.2017

Realliq.org olaraq izahatda qeyd olunan faktları və Zakir Fərəcovun qızlarının milyonluq villaları ilə bağlı ətraflı məlumat verəcəyik. Bizi izləyin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]