Əsas Səhifə / Ölkə
Bakının bu rayonu iki gün susuz qalacaq
7-06-2019, 13:19
Bakının Nəsimi rayonunun bir hissəsində iki gün su olmayacaq.
Bu barədə Xeberman.com-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 7-8 iyun tarixlərində rayonun bir hissəsinə içməli suyun verilişində fasilələr yaranacaq.