Ölkə

Paytaxtın bəzi yerlərində su olmayacaq

5-09-2018, 10:26

Sentyabrın 5-də paytaxtın bəzi hissələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Xeberman.com-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Binəqədi rayonu S.S.Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində 7-ci və 8-ci mikrorayonlar, həmçinin Azadlıq prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]