Əsas Səhifə / Xəbərlər / Şikayət

İcra başçısının tapşırığı ilə məmurlar iftar süfrəsinə hücum çəkdilər!!!-Video

3-06-2019, 04:03
Ramazan ayına “on bir ayın sultanı” deyilmişdir. Bu ayda kim bir oruclunu iftar etdirsə bu, günahlarının bağışlanmasına və Cəhənnəmdən xilas olmasına səbəb olar. Eyni zamanda oruclunun savabı qədər savab verilər. Amma, Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə müqəddəs qurani-kərimdə göstərilən adətlərə əməl etmək əvəzinə, orucluq ayında ıiftar süfrələrinə qarşı çıxır.

Belə ki, Milli qəhrəman Mübariz İbrahimov adına Vətənpərvərlər Cəmiyyəti və Müharibə Veteranı qadınlarına sosial yardım ictimai birliyi iə birgə Göyçay rayon mərkəzində yerləşən Aysel şadlıq evində 60 nəfərlik iftar süfrəsi və kasıb insanlara ərzaq, paltar vermək istəsədə son anda icra baçısının tapşırığıilə polis əməkdaşları tədbiri dağıtmışlar.

Hefteaz.info saytının aldığı məlumata görə, 60 nəfərlik iftar süfrəsini darmadağın edən polis əməkdaşları tədbirin təşkilatçılarını rayonu tərk etməklərini tələb ediblər. Tədbir iştirakçıları bunun səbəbini polis əməkdaşlarından soruşduqda, polislər bu tədbirin keçirilməməsinə icra başçısının tapşırığı olduğunu bəyan ediblər. İcra başçısının bu hərkəti bir daha onu göstərir ki, harınlamış məmurlar nəinki xalqa qarşı hətta Allahın əziz bayramına qarşı çıxmaqla ictimaiyyətin qəzəbinə səbəb olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]