Foto Fakt
Cəzaçəkmə müəssisəsində “Məhkuma kitab payı” aksiyası keçirildi – VİDEO/FOTOLAR
3-06-2019, 03:37

Asiya.az xəbər verir ki, 4 may 2019-cu il tarixində keçirilən görüşdə Millət vəkilləri, yazıçılar, ziyalılar məhkumlara öz tövsiyələrini verərək, gələcək həyatlarında onlara uğurlar arzu edib, bir daha yollarının belə yerlərə düşməmələrini arzu ediblər.
Yazıçılar öz imzalı kitablarını, tədbir təşkilatçıları 500-dən artıq müxtəlif növ kitab və jurnalları məhkumlara hədiyyə ediblər.
Aksiya Cəzaçəkmə Müəssisələrində kitabxanaların zənginləşdirilməsi, cəza çəkən məhkumların maariflənməsi, asudə vaxtlarının səmərəli keçirməsi, azdlığa islah olunmuş vətəndaş kimi qayıtmalarına kömək məqsədi daşıyır.
Asiya İnformasiya Agentliyinin təsisçisi və baş direktoru Cəfər Cəfərov Asiya.az-a açıqlamasında bildirib ki, bu kimi hədiyyələr digər cəzaçəkmə müəssisələrinə də aparılacaq.







