Gündəm

“AZƏRİSTİLİKTƏCHİZAT”- dan istilik, 61 dərəcə ilə mənzillərə daxil olmalıdır , ancaq…

31-01-2016, 13:41

“AZƏRİSTİLİKTƏCHİZAT”- dan   istilik, 61 dərəcə ilə mənzillərə          daxil olmalıdır , ancaq…

Xeberman.com saytının verdiy məlumata görə, "Azəristiliktəchizat” ASC, bir qurum olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə hər il 15 noyabrdan, qış rejiminə keçidlə əlaqədar, balansında müqavilə əsasında olan Əhali və Qeyri-əhali istehlakçı qrupuna istehsal elədiyi istiliyi hər bir kvadrat metrə hesablanmış qaydada müvafiq qiymətə satışı həyata keçirir. Düzdür , cari ilin istilik verilməsində "Azəriqaz İstehsalat Birliyi” ilə aralarında yaranmış mübahisəli borc öhdəliyi məsələsi öz həllini tapdı Ancaq hələ bunadək, paytaxt Bakının bir sıra yaşayış binaları(Nizami rayon, Ə. Kürçaylı 18, 20, 22 və 24 saylı çoxsaylı yaşayış binaları qış rejiminə keçiddən birçox müddət keçməsinə baxmayaraq hələ də istilik verilişində bu mübahisəli məsələnin nəticəsində problemlər yaşadı, yəni bu "soyuq” münasibəti sözün əsl mənasında elə soyuq hava kimi də "həzm etməyə” məcbur oldu. Bu da öz növbəsində əhali tərəfindən haqlı narazılıqlara gətirib çıxartdı.Və nəhayət uzun bir zaman kəsiyindən sonra bu məsələ gec də olsa aidiyyatı üzrə Qazanxanaların yenidən bərpası bəhanəsi ilə ilə öz həllini tapdı. Lakin bu qurumun fəaliyyətində hələ də digər haqlı narazılıqların şahidi oluruq.

Xeberman.com saytının verdiy məlumata görə, "Azəristilik təchizat”-ın Rayon və və yaşayış massivləri üçün istiliyin ötürülməsini birbaşa həyata keçirən müvafiq sıra nömrələri ilə təşkil olunmuş Qazanxanalardan çıxan müxtəlif diametrli borularda İzoliyasiya problemləri mövcuddur.Elə redaksiyamıza müraciət etmiş bir sıra sakinlər də bildirirlər ki, yaşadıqları Suraxanı rayon Hövsan qəsəbəsinin İ.Əhlimanov küçələrinə və bir çox digər binalara istilik məqsədilə çəkilmiş 373 mm-lik metal borular yerüstü çəkilərək, özü də izolyasiyasız və baxımsız vəziyyətdədir, elə bu baxımdan da bizim mənzilimizə gələn istilik miqdarı nəzərdə tutulduğu dərəcədən də qat-qat aşağı gəlib çıxır. Araşdırma zamanı həqiqətən də Müqavilə əsasında əhali istehlakçı qrupundan olan yaşayışçıların mənzillərinə daxil olan istiliyin normal dərəcəsi 61 dərəcə olmalı halda , bu istiliyin daşıyıcısı olan 373mm-lik metal boru xətləri öz trayektoriyası boyu yerüstü və izoliyasiyası bərbad vəziyyətdə olduğundan şaxtalı –soyuqlu havaların təsirindən də verilən mövcud istilik bir neçə dərəcə aşağı dərəcəyə enir, nəticədə də bu, çoxsaylı sakinlərin haqlı narazılığına gətirib çıxardır. Beləliklə də verilmiş istiliyin mənzillərdəki radiatorlarda dövretməsindən sonra son temperatur göstəricisi 47 olmalı halda yenə də qat-qat aşağı dərəcəli istiliklə "ilıq” halda elə gəldiyi Qazanxanaya da qayıdır. Lakin bütün bunları heç nəzərə almayan "Azəristiliktəchizat " ASC, abunəçisi olduğu sakinlərin mənzillərin hər kvadrat metrinə görə müvafiq ekvivalentlə hesablanılaraq orta hesabla hər mənzildən hər mövsüm ayı üçün 7-10 manat civarında pul yığır. Bu da guya o demək olur ki, "Azəristiliktəchizat” normal qaydada öz istehlakçılarının tələbatını ödəmiş olur. Həqiqətdə isə bu heç bir lazımi vacib şərtləri nəinki, ödəmir, hətta bir qrup yaşayışçını gerçək olaraq da özündən narazı hala salır. Bu sadalanan neqativ halların isə aradan qaldırılmasına bu qurumun kifayət qədər də öz mövcud potensial imkanları vardır. Sadəcə olaraq milyonlarla ölçülən istilik miqdarını satmaqla əldə etdiyi gəlirdən bu çatışmazlıqları aradan qaldırılmasına xərc çəkmək istəmir. Ancaq hansı ki, bu xərclər hissəsi, adıçəkilən bu qurumun öz daxili rəsmi nizamnaməsində də heç şübhəsiz ki, öz əksini tapmışdır. Sadəcə olaraq bunu etmək iqtidarında deyillər. Onagörə ki, bu istilikdən "az-çox” candərdi istifadə edən əhali təbəqəsi belə demək mümkünsə, öz hüquqi tələbetməzliyin səbəbindən bu xoşagəlməzliklə özlərindən asılı olmayaraq da barışmalı olurlar. Mövzuyla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

XƏYYAM QURBANLI.

Administratorla əlaqə

077 611-55-22

[email protected]