Gündəm

“Azərenerji” ASC-də nələr baş verir? Qurumun “traqikomik” sözçüsü.

31-01-2016, 14:31

                                            “Azərenerji”  ASC-də nələr baş verir? Qurumun “traqikomik” sözçüsü.  Xeberman.com saytının verdiy məlumata görə, soyadını belə naməlum səbəbdən gizlədən " Azərenerji” ASC-nin Mətbuat xidmətinin sözçüsü Ələkbər adlı şəxs " KİV haqqında Azərbaycan Respublikasının Qanunu”-na belə məhəl qoymadı. Beləki, 05yanvar, 2016-ci il tarixində onunla aparılan sorğu zamanı Ələkbər müəllim öz traqikomik cavabları ilə yadda qaldı. Qurum rəsmisinə ilk sualım bu cür oldu: "2007-ci ililin yanvarından Azərbaycanda enerji daşıyıcılarının, o cümlədən elektrik enerjisinin qiymətləri 3dəfə artırıldı, buna baxmayaraq Azərenerji-nin tabeliyində olan Elektrik stansiyalarında çalışan minlərlə sayda olan energetiklərin əmək haqqısında nə bir əsaslı dəyişiklik baş verdi, hələ üstəlik bu sektorda kütləvi ixtisar halları baş verdi, 57 yaşa çatan işçilər dərhal işdən kənarlaşdırıldı, bəzi güzəştlər ləğv edildi, 14-cü əmək haqqları naməlum səbəbdən ləğv edildi, bunu tələb edən bir qrup işçi "Şəxsi ambisiya” nəticəsində işdən sözün əsl mənasında qovuldular, zəruri işçi sayı qat-qat azalsa da əmək haqqı bu gun burada 200-250 manat təşkil edir, ancaq necə ola bilər ki el. Enerjisini sizdən hər kilovatını 4 qəpiyə alıb 6 qəpiyə satan "Azərişıq” MMC, 2 qəpikdən əldə etdiyi gəlirlə ən aşağı vakansiya dərəcəli işçisinə- Sayğac nəzarətçisinə 450-500 manat əmək haqqı verir, bu necə ola bilər”? Bu qurumun "yaralı yeri”-nə toxunan formalı suala Ələkbər adlı sözçünün cavabı çox gülünc oldu: " Müəllim, gəlin sizə bir loru misal çəkərək belə cavab verim də, deməli adicə kartofu Gədəbəyli əkib becərsə də, bundan qazanan Bakıdakı ticarətçilər və bəzi işbazlardır, burda nə var ki, aydın oldu sizə?” Bu traqikomik cavaba mənim münasibətim bu cür oldu: " Ələkbər müəllim, "Azərenerji”-ni Kənd təsərrüfatı ilə bağlamaq bu məsələdə heç cür məntiqi və qanuni əsası yoxdur! Kənd təsərrüfatında fermer, aqronom traktorçu çalışır, ancaq "Azərenerji”-də yüksək ixtisasli gərgin əməklə gecəli-gündüzlü 3növbəli iş üzrə çalışan, energetik ixtisaslı ali və orta ixtisas təhsilli kadrlar çalışır! Sizin bu cavaba özünüzün təəccübdoğuran hissləriniz baş qaldırmasa da, biz Media nümayəndələrində artıq bu haqlı olaraq çox təəssüf hissləri yaratdı”.

Xeberman.com saytının verdiy məlumata görə, Ələkbər bəyə növbəti sualım isə bundan ibarət oldu: " Su Elektrik Stansiyaları (SES) heç bir maya dəyəri olmadan birbaşa yüksək gəlir gətirir, belə ki, istehsal olunmuş el.enerjisi bu cür alınır: Müəyyən olunmuş 84m hündürlükdən su 5metr40sm boru-kompensatorla öz hesabına təzyiqi ilə axıdılaraq aşağıda şaquli vəziyyətdə quraşdırılmış 6 ədəd Hidrogeneratorun (burada söhbət 900 Mvt gücündə olan Mingəçevir SES-dan gedir) turbinini fırladaraq onun çıxışında 1saatda 150 Meqovatt gücündə, yəni 150 milyon kilovat el.enerjisi hasil edir. Ölkəmizdə də 1 rayonun el.enerjisinin təchizatı təxminən 50-60 Meqovatt təşkil edir. Bu da öz növbəsində ümumi stansiyanın gücü ilə hesablasaq 900 milyon x 0.06 qəpiyə =54milyon manat edir. Təsəvvür edin ki, bu təkcə 1 elektrik stansiyasının bir generatorundan əldə edilən qazancdır, ancaq buna baxmayaraq bu gün həmin stansiyada çalışan 150-200 nəfər hidroaqreqatlara xidmət edən işçiyə cəmi 200-250 manat əmək haqqı verilir, buna münasibətiniz və cavabınız necə olar”? Yenə də qurum sözçüsü qeyri-düzgün və obyektiv olmayan formada cavab verərək bildirdi ki,” Müəllim, bu stansiyanın öz xərcləri var, xətlərin təmiri, filan olduğuna görə rəhbərlik özü bilir necə etmək lazımdır!” Ələkbər müəllimə xatırlatdım ki, xətlər hər saatdan bir dəyişdirilmir, ancaq bu, istehsalı ilə istehlakı üst-üstə düşən el.enerjisindən əldə etdiyiniz milyonlarla manat, bir gün ərzində külli məbləğdə maliyyə vəsaitini zərurətə çevirir. İctimaiyyətlə əlaqədar şöbə rəisi, bir daha bu açıqlamanın qarşısında aciz qalaraq sözu gedən məsələnin Dövlət Tarif Şurasının işi olduğunu bildirdi. Yaxşı , maraqlıdır, Tarif Şurasına bu müvafiq təkliflər planını hazırlayb məhz siz bir qurum olaraq verməsəniz, o adını çəkdiyiniz Dövlət Qurumu bunu necə edə bilər axı? Bu suala isə ümumiyyətlə bir təcrübəli olmasına baxmayaraq Ələkbər bəy nəinki cavab verə bildi, hətta bu sorumun qarşısında sözün əsl mənasında lap məəttəl qaldı! Daha sonra, Elektrik stansiyalarında çalışan işçilərin əmək haqqılarının verilməsində baş verən gecikmələrin səbəbini soruşduqda, yenə də bu problemi öz üzərilərindən ataraq bildirdi ki, "Azərişıq” MMC bizdən aldığı enerjinin pulunu vaxtında vermir, ona görə də müəyyən ləngimələr baş verir. Lakin araşdırma zamanı bunun heç bir fikir olmadığı üzə çıxdı.

Aparılan sorğu zamanı ” Azərenerji " ASC-nin daha bir gülunc doğuran digər nüansı ortaya çıxdı. Belə ki, 57 yaşa çatmış energetiklərin 2009-cu ilin iyulundan işdən kənarlaşdırılması ilə bağlı, qohumluq əlaqəsi saxlanılaraq təqaüd vaxtı çatmış, lakin hələ işdə saxlanılmış Mingəçevirdə yerləşən "Azərbaycan İES” MMC-nin Baş mühasibi, hal-hazırda isə dünyasını dəyişmiş Köçəri Pənahovla bağlı xatırlatmanı verdikdə, Azərenerji Mətbuat rəhbəri titulunu üzərində daşıyan Ələkbər bəy bizə bildirdi ki, " Köçəri müəllimlə bir az bundan qabaq danışmışam axı, ölməyib o, nə vaxt ölüb ki?!” Bu traqikomik sorumu belə təssüfedici formada cavablandıran qurum "sözçüsünə” bir daha onun rəhmətə getməsini bildirdikdə Ələkbər bəy Sorğu kitabçasına bir daha baxıb gördü ki, hal-hazırda "Azərbaycan İES”-də həqiqətən də Baş mühasib vəzifəsində çalışan, dünyasını dəyişmiş Köçəri Pənahov deyil, artıq bir neçə ildir ki, Lətif Qarayev adlı şəxsdir. Buradan daha bir ilginc, bəlkə də arxasında "nələrin dayanması” şübhəsi ortaya çıxdı ki, görəsən " Azərenerji "ASC-nin Mətbuat rəhbəri, Mingəçevirdə yerləşən "Azərbaycan İES” MMC-nin aidiyyatı şöbə rəisləri olduğu halda niyə məhz Baş mühasiblə əlaqəyə girir? Və bununla da bir daha hamıya indi çox maraqlı və təəccüblü gələn o olacaq ki, bu cür, yəni məlumatsız bir şəxsin, sözü gedən, özü də daim xüsusi dövlət nəzarətində olan bir qurumda-"Azərenerji” ASC-nin Şöbə rəisi vəzifəsində Ələkbər müəllimi bu postda saxlaması cənab Etibar Pirverdiyevi bir rəhbər olaraq nə dərəcədə qane edir? Məlumat üçün onu da indi xüsusilə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 18yanvar2016-cı il tarixli, əhalinin dövlət büdcəsindən maliyyələşən çoxsaylı təbəqəsinin, o cümlədən, təqaüdçülərin də pensiya və müavinətlərin məbləğinin artırılması ilə bağlı müvafiq Sərəncam imzaladı.Və bu da danılmaz bir faktdır ki, bu cür Sərəncamlar vaxtaşırı olaraq müxtəlif vaxtlarda rellaşaraq əhalini sevindirir. İndi bu sözü gedən,özü də ilbəil öz gəlirlərini durmadan artıran "Azərenerji” ASC rəhbəri, tabeçiliyndə gərgin əməklə çalışan, kütləvi ixtisara məruzdan sonra, sayı qat-qat azalan energetiklərin əmək haqqısını artıracaqmı? Axı niyə də artırılmasın? Sadə bira açıqlama: son 10 il ərzində Azərbaycanda tikilən çoxsaylı yaşayış binaları, ictimai iaşə obyektləri, sənaye struktur sahələri-zavod,fabrik, firma və müəssisələr hər biri öz –özlüyündə bir istehlakçı olmaqla "Azərenerji”-nin satdığı elektrik enerjisinin daimi alıcısıdır və bu da nəticə etibarilə Azərenerjinin gəlirlərini çox əhəmiyyətli dərəcədə artması deməkdir. Maraqlıdır bu on ildə artan "Azərenerji” - ASC-nin gəlirləri axı niyə bu gəlirləri reallığa çevirən energetiklərin gərgin əməyinin zəhmət haqqısına əlavə edilməsin? Özü də hər kilovat saatı qeyri-əhali istehlakçı qrupuna düz 10 qəpiyə satılır.Bu istiqamətdə araşdırmalarımız öz həllini tapanadək davam edəcək. Qarşı tərəfin mövqeyini də bu məsələ ilə bağlı dinləməyə hazırıq. Bu yazının sonunda Ümummilli liderimiz, dahi Heydər Əliyevin bu Peşə sahibləri ilə bağlı xüsusi bir xatırlatmanı qurum başkanı Cənab Etibar Pirverdiyevə bir daha çatdırıram: "Energetika Azərbaycan Xalqının Milli Sərvətidir!” Bu tarixi dəyərli fikrin subyekti də, məhz gecə-gündüz əhəmiyyətli dərəcədə fəaliyyət göstərən, həyati-təhlükəli peşə sahibi olan Energetiklərdir,( o peşə sahibləri ki, fəaliyyəti dövründə ani bir elektrik qısaqapanması onlar həyatdan köçürür) ”kabinet”-lərdə oturan qalstuklu və "Ağ dəbilqə”-li şəxslər deyil!... Mövzuya qayıdacağıq!

 

Xəyyam Qurbanlı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]