Əsas Səhifə / İqtisadiyyat

Azərbaycanda siqaret ucuzlaşdı - FOTO

31-01-2016, 13:14
Azərbaycanda siqaret ucuzlaşdı - FOTO
Bu gün paytaxt mağazalarında bəzi siqaretlərin ucuzlaşması müşahidə olunub. Belə ki, manatın devalvasiyasından sonrakı bahalaşma zamanı 1 manat 80 qəpiyə satılan "More” siqaretinin qutusu əvvəlki qiymətinə - 1 manat 20 qəpiyə düşüb. 

Satıcılar digər tütün məhsullarının qiymətində də ucuzlaşma olacağını istisna etmirlər. Oların sözlərinə görə, "More” siqaretinin qiyməti süni şəkildə artırılmışdı: 

"More” siqaretləri ölkəmizdə istehsal olunur və iki növdə buraxılır, lakin eyni qiymətə təklif edilir. Manatın dəyərdən düşməsindən sonra bu markalı siqaretin qutusu 1 manat 20 qəpikdən 1 manat 80 qəpiyə qalxdı. Düşünürük ki, ölkə başçısının süni qiymətlə bağlı çıxışından sonra sahibkarlar süni qiymət artımından çəkiniblər. İki gündür ki, "More” siqaretlərini 1 manat 20 qəpikdən satırıq”.

Bəzi satıcılar isə "More” siqaretlərinin satışının ucuzlaşmasının bir kompaniya olduğunu bildiriblər.(Musavat.com)

Qaynar.info

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]